30-a yaxın sənədin rəqəmsallaşdırılması üçün hüquqi baza yaradılıb

30-a yaxın sənədin rəqəmsallaşdırılması üçün hüquqi baza yaradılıb
02.02.2026 10:19 Cəmiyyət

"Ötən il “Fərdi məlumatlar haqqında” qanuna uyğun olaraq bir sıra layihələr həyata keçirilib". 

TodayPress TV xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinə dair illik mətbuat konfransında agentliyin İdarə heyətinin sədri Fərid Osmanov deyib.

Onun sözlərinə görə, bu dəyişikliklər nəticəsində artıq 30-a yaxın sənədin rəqəmsal formada təqdim edilməsi üçün hüquqi əsaslar formalaşdırılıb.  

"Sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, lisenziyalar, icazələr və digər rəsmi sənədlərin rəqəmsal formatda təqdim edilməsi artıq qanunvericiliklə təsbit olunub".

Sədr əlavə edib ki, ilkin qanunvericilik fəaliyyəti 2025-ci ildə müvafiq və adekvat hüquqi çərçivənin formalaşdırılması əsasında həyata keçirilir.

Belə ki, ilin əvvəlində Rəqəmsal İnkişaf Konsepsiyası təsdiqlənib, daha sonra isə Süni İntellekt Strategiyası qəbul olunub. Bu sənədlər süni intellektin formalaşdırılması və süni intellekt üçün məlumatların əlçatanlığının təmin edilməsini prioritet istiqamət kimi müəyyən edib. 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Bütün Xəbərlər