“Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım mərasimi keçirildi

“Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım mərasimi keçirildi
02.08.2025 16:39

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Adışov Qüdrət Rahim oğlu və Hüseynov Valeh Mirzə oğlunun xatirəsinə həsr olunan “Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım mərasimi keçirilib. 

TodayPress TV xəbər verir ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, hər iki şəhidimizin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Tədbirin iştirakçılarına şəhidlərin həyat yolunu əks etdirən videomaterial təqdim olunub, onların döyüş yolu haqqında ətraflı məlumat verilib, vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib.

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

FOTOLAR

“Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım mərasimi keçirildi — 1
“Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım mərasimi keçirildi — 2
“Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım mərasimi keçirildi — 3
“Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım mərasimi keçirildi — 4
“Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım mərasimi keçirildi — 5
“Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım mərasimi keçirildi — 6
“Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım mərasimi keçirildi — 7
XƏBƏR LENTİ
01 AVQUST 2026
Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Bütün Xəbərlər