Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul etdi

Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul etdi
21.05.2025 15:45

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 21-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Quru Qoşunlarının 1-ci Ordu komandiri ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

TodayPress TV xəbər verir ki, qardaş ölkənin nümayəndələri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər.

Səfər çərçivəsində, həmçinin Zəfər parkı ziyarət olunub, Zəfər abidəsinin önünə əklil qoyulub.

Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayıb və onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Azərbaycan və Türkiyə arasında dərin tarixi köklərə, ortaq dəyərlərə və qarşılıqlı etimada əsaslanan münasibətlərin dinamik inkişafını qeyd edib. Müdafiə naziri qardaş ölkələrin dövlət başçılarının dostluq münasibətləri nəticəsində imzalanmış Şuşa Bəyannaməsinin icrası ilə bağlı həyata keçirilmiş tədbirlərin müsbət nəticələrini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində, eləcə də bütün sahələr üzrə Türkiyənin mənəvi-siyasi dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib.

Səmimi münasibətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən ordu generalı M.Tokel Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerin salamlarını çatdırıb. Strateji müttəfiqliyi özündə ehtiva edən hərbi əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin vacibliyini xüsusi vurğulayıb.

Azərbaycan Ordusunun durmadan inkişaf etməsinin bariz şəkildə göründüyünü diqqətə çatdıran qonaq, bunun qardaş ölkə kimi Türkiyənin də sevincinə səbəb olduğunu bildirib. Daha sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Görüşdə müasir dövrün tələbləri nəzərə alınmaqla texnoloji yeniliklərin tətbiqi ilə birgə təlimlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Peşəkar kadr heyətinin hazırlanmasında qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi vurğulanıb. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının müxtəlif aspektlərinin müzakirə edildiyi görüşlərdə, həmçinin regional təhlükəsizlik və maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

FOTOLAR

Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul etdi — 1
Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul etdi — 2
Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul etdi — 3
Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul etdi — 4
Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul etdi — 5
Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul etdi — 6
Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul etdi — 7
Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul etdi — 8
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər