MN: Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoydu

MN: Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoydu
02.04.2026 09:15

Müdafiə Nazirliyi (MN) Aprel döyüşlərinin 10 il keçməsi ilə əlaqədar bəyanat yayıb.

Bu barədə TodayPress TV-yə Nazirlikdən məlumat verilib.

Bildirib ki, Ordumuzun zəfər əzmini nümayiş etdirən Aprel döyüşlərindən 10 il keçir.

2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı ərazilərimizin işğaldan tam azad olunmasına aparan Şanlı Zəfər yolunun başlanğıcıdır. Bu döyüşlər xalqımız və dövlətimiz üçün böyük Qələbənin başlanğıcı kimi hörmət və qürur hissi ilə xatırlanır.

Ordumuzun peşəkarlığı sayəsində həm canlı qüvvə, həm də texnika baxımından ağır itkilər verən Ermənistan silahlı qüvvələri haqqında uydurulmuş "məğlubedilməzlik" mifi dağıldı və millətimizin qələbə əzmi yüksəlib.

Bölmələrimizin qətiyyətli zərbələri nəticəsində Ermənistan ordusunun 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası, 320 hərbçisi məhv edilib, 500-dən artıq döyüşçüsü yaralanıb.

İşğal altında olan 2 min hektardan çox torpaqlarımız azad olundu, həmçinin Lələtəpə yüksəkliyi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və minlərlə hektar strateji əhəmiyyətli ərazi Ordumuzun tam nəzarətinə keçib.

Azərbaycan Ordusunun şücaəti və peşəkarlığı bu döyüşlərdə özünü göstərdi. Aprel döyüşləri həm hərbi, həm də psixoloji baxımdan mühüm dönüş nöqtəsi olub. Azərbaycan Ordusunun döyüşlərdə qazandığı üstünlük sayəsində xalqımızda torpaqlarımızın hərbi yolla azad ediləcəyinə inam daha da möhkəmlənib.

Aprel döyüşləri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Zəfərə gedən yolun əsasını qoyub və təcrübə baxımında ordumuz üçün ciddi sınaq olub.

Xalq-dövlət-ordu birliyi naminə həmrəyliyin təntənəsinə çevrilən Aprel qələbəsi, eyni zamanda Azərbaycan əsgərinin peşəkarlığının, ordumuzun qüdrətinin və Vətən övladlarının misilsiz şücaətinin ifadəsi kimi tarixləşib.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu başladığı əks-hücum əməliyyatını 44 gün ərzində möhtəşəm tarixi qələbə ilə başa vurub.

Vətən müharibəsi, antiterror əməliyyatı da daxil olmaqla, postmüharibə dövründəki uğurlu döyüş əməliyyatları nəticəsində şəhidlərimizin qisası alınıb, separatizmə son qoyulub, ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının konstitusiya quruluşu tam bərpa olunub, ərazi bütövlüyümüz, suverenliyimiz təmin edilib. həmçinin azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verilib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
"Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Bütün Xəbərlər