Milli Qəhrəmanların xatirəsi yad edildi

Milli Qəhrəmanların xatirəsi yad edildi
12.07.2026 18:48

Tovuz döyüşlərinin ildönümü münasibətilə Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin xatirəsi yad edilib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin bir qrup hərbi qulluqçusu tərəfindən şəhidlərin məzarları ziyarət edilərək üzərinə güllər qoyulub, xatirələri hörmət və ehtiramla anılıb.

Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Anım mərasimində Milli Qəhrəmanların keçdiyi şərəfli ömür yolundan bəhs edilib, onların həyatının gənc hərbçilər üçün örnək olduğu xüsusi vurğulanıb.

Qeyd edilib ki, Vətən uğrunda şəhid olanlar döyüşlərdə göstərdikləri şücaətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müxtəlif orden və medallarla təltif olunublar, həmçinin şəhidlərin ailə üzvləri dövlətimiz tərəfindən daim yüksək diqqət və qayğı ilə əhatə olunur.

FOTOLAR

Milli Qəhrəmanların xatirəsi yad edildi — 1
Milli Qəhrəmanların xatirəsi yad edildi — 2
Milli Qəhrəmanların xatirəsi yad edildi — 3
XƏBƏR LENTİ
12 IYUL 2026
Maşın yağı niyə bahalaşdı? 19:24 Yasda zəhərlənənlərin son vəziyyəti AÇIQLANDI 19:43 İran Küveyti vurdu - TƏCİLİ 19:35 Gəncədə kütləvi zəhərlənmə QEYDƏ ALINDI 19:18 Xameneinin dəfnində maska taxan şəxsin kimliyi bilindi 18:56 Milli Qəhrəmanların xatirəsi yad edildi 18:31 Qubada 15 yaşlı yeniyetmə kanalda itkin düşdü 18:15 Hörmüz boğazındakı son vəziyyət AÇIQLANDI 17:37 Haluk Levent saxlanıldı 17:43 Meteohəssas şəxslərin NƏZƏRİNƏ! 17:16 Zelenski Ukraynanın baş nazirinin dəyişəcəyini açıqladı 16:31 Oman İrana nato verdi 16:54 Naqil quraşdırmaq istəyirdi, faciə baş verdi 16:09 Ukrayna Trampın sayəsində dağıdır - Putin niyə susur? 16:03 DİM-in ikinci cəhd qəbul imtahanı baş tutdu 15:49 İran dövlət televiziyası Lindsi Qremin ölümünü “məsxərəyə qoydu” - VİDEO 15:21 “Ən böyük dostumuzu itirdik” - Ben Qvir 15:02 Azov dənizində gərgin gecə - VİDEO 14:28 Güləş üzrə dünya çempionatı: Azərbaycanın ilkin heyəti açıqlandı 14:15 Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ! 12:43 Sabah “göydən od yağacaq” - 39 dərəcə isti 12:36 İlham Əliyevdən Qətər Əmirinə başsağlığı - “Qəlbimizdə daim yaşayacaq” 13:37 36 mindən çox abituriyentin qatıldığı imtahanda 12 nəfər qaydanı pozdu 13:26 Pakistan və İran XİN rəhbərləri telefonla danışdı - “Yeganə çıxış yolu budur” 12:07 Hacıqabulda qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 12:18 Bütün Xəbərlər