Həzi Aslanovun 116 illiyinə həsr olunan anım tədbiri keçirildi

Həzi Aslanovun 116 illiyinə həsr olunan anım tədbiri keçirildi
22.01.2026 17:17

Yanvarın 22-də görkəmli sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 116 illiyinə həsr olunan anım tədbiri keçirilib. 

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Şəhidlər Xiyabanında, general-mayor Həzi Aslanovun məzar-abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyulub. 

Müdafiə Nazirliyinin hərbi qulluqçularının, veteran təşkilatlarının, qəhrəmanın adını daşıyan müəssisənin nümayəndələri və ailə üzvlərinin iştirak etdiyi tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, görkəmli hərb xadimi Həzi Aslanovun, eləcə də Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Həzi Aslanovun şanlı döyüş yolundan danışılaraq onun İkinci Dünya Müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq nümunələri xüsusi vurğulanıb. Bildirilib ki, yüksək komandirlik məharəti ilə seçilən general xalqımızın qürur mənbəyinə çevrilərək hərb tariximizdə mühüm yer tutur.

Qeyd olunub ki, Azərbaycan xalqının Həzi Aslanov kimi igid oğullarının döyüş yolunun öyrənilməsi gənclərin vətənpərvər və milli-mənəvi dəyərlərə sadiq tərbiyə olunmasında xüsusi əhəmiyyət daşıyır.

General-mayor Həzi Aslanovun ailə üzvləri tədbirin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 Bütün Xəbərlər