Hərbi təlimlərə getməyənləri cəza gözləyir - DİQQƏT!

Hərbi təlimlərə getməyənləri cəza gözləyir - DİQQƏT!
04.11.2025 15:50

Hərbi xidməti başa vuran və ehtiyatda olan şəxslər zərurət yarandıqda hərbi təlimlərə, yoxlamalara və ya xüsusi toplanışlara çağırıla bilirlər.

Bəs təlimlərdə iştirakdan imtina edən şəxsi hansı məsuliyyət gözləyir?

Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev TodayPress TV-yə açıqlamasında bildirib ki, çağırışçılar və hərbi vəzifəlilər üzrlü səbəb olmadan hərbi komissarlığın çağırışına gəlmədikdə inzibati qaydada cəzalandırılırlar. 

Onun sözlərinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən, bu qaydanı pozan şəxslər 300 manatdan 500 manatadək cərimə edilir və ya 160-240 saat ictimai işlərlə cəzalandırıla bilərlər.

Əgər bu tədbirlər nəticə verməzsə və şəxs çağırışdan bilərəkdən və davamlı şəkildə yayınarsa, məsələ artıq cinayət xarakteri alır:

"Bu halda həmin şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunurlar. Bu maddəyə əsasən, hərbi toplanışlardan qəsdən yayınan şəxslər cərimə, islah işləri və ya azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər".

Ekspert həmçinin vurğulayıb ki, çağırışdan yayınma təkcə qanun pozuntusu deyil, həm də dövlətin müdafiə sisteminə qarşı hörmətsizlik kimi qiymətləndirilir:

"Ehtiyatda olan hər bir vətəndaş başa düşməlidir ki, hərbi təlimlər yalnız fərdi məsuliyyət deyil, ümumi təhlükəsizlik məsələsidir. Bu, ölkənin müdafiə potensialını qorumaq və fövqəladə hallara hazır olmaq üçün vacibdir".

Ədalət Verdiyev sonda qeyd edib ki, əgər çağırışa gəlməmək üçün üzrlü səbəb varsa, (səhhət, ailə vəziyyəti və ya digər rəsmi əsaslar) bu barədə əvvəlcədən hərbi komissarlığa məlumat verilməlidir. Əks halda, qanunvericilikdə nəzərdə tutulan inzibati və cinayət cəzaları istisna olunmur.

Türkan İsgəndərli

FOTOLAR

Hərbi təlimlərə getməyənləri cəza gözləyir - DİQQƏT! — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
“Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Bütün Xəbərlər