Azərbaycan hərbçiləri Türkiyədə xüsusi hazırlıqdan keçdi

Azərbaycan hərbçiləri Türkiyədə xüsusi hazırlıqdan keçdi
20.07.2026 19:37

Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyənin Ankara şəhərinə səfər edib.

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev Türkiyə milli müdafiə naziri Yaşar Gülerlə görüşüb. Görüş zamanı tərəflər iki ölkə arasında olan dostluq və qardaşlıq əlaqələrinin hərbi polis sistemində də uğurla inkişaf etdiyini vurğulayıblar.

Proqrama uyğun olaraq nümayəndə heyəti Türkiyə Xüsusi Təyinatlı Qüvvələrin Komandanı və Xüsusi Təyinatlı Məktəbin rəisi ilə görüşüb. Görüşlərdə general-mayor E.Əliyev hərbi polis sisteminin inkişafında göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.

Sonra nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin nəzdində Azərbaycan Hərbi Polisinin "Yaxın Qoruma" bölməsi üçün təşkil olunan qoruma kursunun təlim-tədris prosesi ilə tanış olublar.

Daha sonra Ankara Mərkəzi Komandanlığını ziyarət edən qonaqlara mərkəzi komandanlığın gündəlik fəaliyyəti və tətbiq olunan idarəetmə sistemləri haqqında brifinq təqdim olunub.

Səfərin yekununda Azərbaycan nümayəndə heyəti "Yaxın Qoruma" kursunun təntənəli bağlanış mərasimində iştirak edib. Mərasimdə hərbi qulluqçular kurs zamanı əldə etdikləri nəzəri və praktiki vərdişləri nümayiş etdiriblər.

Sonda kursu uğurla başa vuran hərbi polis nümayəndələrinə sertifikatlar verilib, hədiyyələr təqdim olunub.

FOTOLAR

Azərbaycan hərbçiləri Türkiyədə xüsusi hazırlıqdan keçdi — 1
Azərbaycan hərbçiləri Türkiyədə xüsusi hazırlıqdan keçdi — 2
Azərbaycan hərbçiləri Türkiyədə xüsusi hazırlıqdan keçdi — 3
Azərbaycan hərbçiləri Türkiyədə xüsusi hazırlıqdan keçdi — 4
Azərbaycan hərbçiləri Türkiyədə xüsusi hazırlıqdan keçdi — 5
Azərbaycan hərbçiləri Türkiyədə xüsusi hazırlıqdan keçdi — 6
Azərbaycan hərbçiləri Türkiyədə xüsusi hazırlıqdan keçdi — 7
Azərbaycan hərbçiləri Türkiyədə xüsusi hazırlıqdan keçdi — 8
Azərbaycan hərbçiləri Türkiyədə xüsusi hazırlıqdan keçdi — 9
Azərbaycan hərbçiləri Türkiyədə xüsusi hazırlıqdan keçdi — 10
XƏBƏR LENTİ
21 IYUL 2026
Cəlilabad sakinlərinə XƏBƏRDARLIQ: Bu ərazilər işıqsız qalacaq 21:53 Yatmazdan əvvəl bunu edin - Oynaq ağrılarınız xeyli azalacaq 01:43 Sağlam yuxunun qarşısını alan qidalar açıqlandı 01:36 Bir ovuc qara qarağatın orqanizmə inanılmaz təsiri var 01:20 Bu 10 vərdiş ömrünüzü qısaldır - Həkimlərdən ciddi xəbərdarlıq 01:06 Sevgi, pul, iş… Bu gün bürcləri nələr gözləyir? 00:55 Kondisionerin gizli təhlükələri üzə çıxdı - Həkimlər xəbərdarlıq edir 23:59 Sankt-Peterburq yaxınlığında sənaye parkı alova büründü - VİDEO 01:27 Çabahar hədəfə alındı - VİDEO 01:15 Rusiya PUA ilə ticarət mərkəzini vurdu - VİDEO 00:47 ABŞ İrana qarşı yeni zərbələrə başladı - TƏCİLİ 00:30 İranda partlayış səsləri eşidildi 00:24 İordaniyada ard-arda partlayış səsləri eşidilib - VİDEO 00:21 İranda Fransa səfirliyinin iki əməkdaşı saxlanıldı - SƏBƏB 00:04 UEFA prezidenti DÇ-nin final matçına getmədi - SƏBƏB bu imiş 23:34 Salyanda dəhşətli qəzada ölənlərin sayı artdı 18:50 Atasının idarə etdiyi aqreqat 3 yaşlı qızın sonu oldu – Dəhşətli faciə 23:10 SON DƏQİQƏ: İordaniya İrandan atıldığı iddia olunan raketləri havada məhv etdi 22:52 İlham Əliyev Berlində vacib görüş keçirdi 22:40 İranın zərbəsi beynəlxalq hava limanını hədəfə aldı 22:30 İtaliyanın hərbi attaşesi Rusiyadan qovuldu - Nə baş verir? 22:26 TƏCİLİ: İran Küveyt sərhədinə hərbi texnika yığır - VİDEO 22:13 Ermənilər pomidora görə “ayağa qalxdı” - Azərbaycanla sərhəd ərazidə yol bağlandı 21:59 Messidən finaldan sonra hamını təəccübləndirən addım 21:47 İlham Əliyev Almaniyada rəsmi səfərdədir 21:28 Bütün Xəbərlər