Aqil Qurbanov “SAHA EXPO 2026” sərgisində iştirak etdi

Aqil Qurbanov “SAHA EXPO 2026” sərgisində iştirak etdi
08.05.2026 15:05

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti “SAHA EXPO 2026” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfər edib.

Müdafiə Nazirliyindən TodayPress TV-yə verilən xəbərə görə, səfər çərçivəsində nazir müavini Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerlə görüşüb.

Keçirilən görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti sərgidə dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsalı olan hərbi aviasiya, qlobal aeronavtika, süni intellektlə dəstəklənən innovasiyalar və kosmik tədqiqatlara aid nümunələrlə tanış olub.

Baş direktor Almaniya, Sudan, Birləşmiş Krallıq, Vyetnam və İtaliya müdafiə nazirliklərini və hərbi sənayə komplekslərini təmsil edən nümayəndə heyətlərinin, eləcə də “ASELSAN”, “Baykar”, “Roketsan”, "TUSAŞ" və "ARCA Savunma" şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki əməkdaşlığa dair maraq doğuran məsələlər müzakirə olunub.

Qeyd edilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC sərgidə ölkəmizi stendlə təmsil edib.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 Bütün Xəbərlər