"Yayılan məlumatlar ciddi təhlükələrdən xəbər verir" - ŞƏRH

"Yayılan məlumatlar ciddi təhlükələrdən xəbər verir" - ŞƏRH
19.02.2026 21:42

İran Prezidenti Məsud Pezeşkian Tehranın nüvə silahı yaratmaq niyyətində olmadığını bildirib:

“Biz sənaye, tibbi, kənd təsərrüfatı və digər məqsədlər üçün dinc nüvə enerjisindən imtina etməyə məcbur edilməyimizlə razı deyilik".


Bəs həqiqətən də İranın nüvə proqramında silah yaratmaq yoxdur?

Mövzu ilə bağlı politoloq Elşad Paşasoy TodayPress TV-yə danışarkən bildirib ki, İran hakimiyyəti bəyanatlarında nüvə enerjisinə yalnız dinc məqsədlər üçün sahib olmaq istədiyini bildirsə də, ABŞ və İsrailin rəsmi Tehranın siyasətinə münasibəti dəyişməyib və sərt ritorika hər zaman üstünlük təşkil edib.


Analitik vurğulayıb ki, bir sıra hallarda Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əldə olunan razılaşmaların pozulması, nüvə obyektlərinin araşdırılması və yoxlanılması istiqamətində əməkdaşlığa moratorium qoyulması şübhələri daha da artırıb. Onun sözlərinə görə, İran rejiminin bəzi hallarda qırmızı xətti keçən siyasəti ABŞ və anti-İran koalisiyasında, xüsusilə də İsraildə İrana qarşı sərt qərarların qəbul edilməsinin zəruriliyi barədə əminlik formalaşdırıb.

"BMT çərçivəsində keçirilən konfransda İranın xarici işlər naziri Seyid Abbas Əraqçi də ölkəsinin dinc məqsədlər üçün nüvə enerjisinə sahib olmaq niyyətində olduğunu bildirib və ölkədə nüvə silahına sahiblənməyin yolverilməzliyi ilə bağlı ideoloji yanaşmanın mövcudluğunu əsaslandırmağa çalışıb”, - deyə politoloq xatırladıb.


Siyasi şərhçi hesab edir ki, İran 12 günlük müharibədən sonra yenidən sərt ritorikanı işə salmaqla, ABŞ və İsraili təhdid etməklə, xüsusilə İsfahan ətrafındakı nüvə obyektlərində canlanma yaratmaqla və ehtiyatların daha dərinliklərə köçürülməsi ilə bağlı məlumatların yayılması fonunda şübhələri artırır:

“Cenevrə danışıqları müharibə alovundan yayınmaq üçün imkan yaratsa və müəyyən ümidverici situasiya formalaşsa da, ABŞ təkcə MAQATE ilə yoxlamalar barədə razılaşmalarla kifayətlənmir. O, İranın balistik raket proqramı ilə bağlı öhdəlik götürməsini, eləcə də proksi qüvvələrə dəstəkdən imtina etməsini tələb edir. Rəsmi Tehran bunu birmənalı şəkildə qəbul etmir və bu amil, xüsusilə İsrailin təhlükəsizliyi baxımından, əlavə risklər yaradır. Əgər rəsmi Tehran bu istiqamətdə öhdəlik götürməsə, hətta nüvə silahına malik olmaq istəmədiyini bəyan etsə belə, real siyasəti fonunda ona inam formalaşmayacaq”.

Siyasi analitik əlavə edib ki, İranın zənginləşdirilmiş uran ehtiyatı ilə bağlı vaxtaşırı yayılan məlumatlar ciddi təhlükələrdən xəbər verir və bu, region ölkələri, o cümlədən Azərbaycan və Türkiyə üçün risklər yaradır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər