Yatmış gözəl oyanır: QƏBƏLƏ paytaxt olacaq?

Yatmış gözəl oyanır: QƏBƏLƏ paytaxt olacaq?
28.04.2026 16:05

Qəbələ Azərbaycanın ən qədim və məşhur şəhərlərindən biri kimi tarix boyu böyük siyasi əhəmiyyət daşıyıb. Qafqaz Albaniyasının paytaxtı olduğu dövrdə şəhər ölkənin əsas siyasi mərkəzi idi. Məhz buradan dövlətin idarəçiliyi həyata keçirilir, mühüm qərarlar qəbul olunur və xarici siyasət formalaşdırılırdı. Uzun illər ərzində Qəbələ hökmdarların iqamətgahı və dövlətin rəsmi paytaxtı statusunda qalmış, regionun siyasi həyatına ciddi təsir göstərmişdir.

Strateji mövqeyi sayəsində şəhər həm də güclü iqtisadi və ticarət mərkəzinə çevrilmişdi. Bu gün də  Qəbələnin qədim xarabalıqları onun bir vaxtlar regionun ən mühüm siyasi və inzibati mərkəzlərindən biri olduğunu xatırladır.

Hazırda  Qəbələ siyasi ənənəsini davam etdirir. Prezident İlham Əliyev son günlərdə burada mühüm dövlət səviyyəli görüşlər keçirib. Maraqlıdır: Qəbələnin siyasi mərkəzə, hətta paytaxta çevrilmə ehtimalı varmı?

Sözügedən məsələni politoloq Məhəmməd Əsədullazadə TodayPress TV-yə şərh edərkən bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin  Azərbaycana səfəri çərçivəsində onun cənab Prezident tərəfindən Qəbələdə qəbul edilməsi, ardınca isə Çexiyanın Baş nazirinin də Qəbələdə qəbul olunması diqqətçəkən hadisələrdir:


“Bundan əvvəl də Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri arasında görüş məhz Qəbələdə keçirilmişdi. Göründüyü kimi, yalnız Bakı deyil, ümumilikdə ölkənin müxtəlif şəhərləri də siyasi mərkəz kimi formalaşdırılır. Azərbaycan bu istiqamətdə şaxələndirmə siyasəti həyata keçirir və xüsusilə Qəbələni siyasi mərkəz kimi önə çıxarmağa başlayır. Bu da təsadüfi deyil. Qəbələ qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuş, zəngin tarixi irsə malik şəhərimizdir”.

O, qeyd edib ki, bu yanaşma eyni zamanda regionların inkişafına və onlara diqqətin artırılmasına xidmət edir. Qəbələ özünün füsunkar təbiəti, əlverişli coğrafi mövqeyi və tarixi əhəmiyyəti baxımından siyasi mərkəz rolunu oynamaq potensialına malikdir.

“Hesab edirəm ki, gələcəkdə Qəbələnin paytaxt funksiyasını yerinə yetirməsi də mümkündür. Çünki onun tarixi paytaxt statusu mövcuddur. Məsələn, Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən konfransın məhz Qəbələdə təşkil olunması da bunun göstəricisidir. Həmin konfransda çıxış edən cənab Prezident Qəbələnin Azərbaycanın qədim paytaxtlarından biri olduğunu, tarixinin hətta eramızdan əvvəl V əsrə qədər uzandığını xüsusi vurğulamışdır”, – analitik əlavə edib.

Onun sözlərinə görə, bu baxımdan Qəbələnin əvvəlcə siyasi mərkəz kimi mövqeyini gücləndirməsi, daha sonra isə paytaxt funksiyasını üzərinə götürməsi mümkündür. Bakı artıq sürətlə böyüyərək meqapolisə çevrilib və müəyyən dövlət qurumlarının – məsələn, bəzi nazirliklərin və ya parlament strukturlarının – Qəbələyə köçürülməsi nəzərdən keçirilə bilər.

Politoloq həmçinin diqqətə çatdırıb ki, Prezidentin Qəbələdə iqamətgahının olması da bu prosesi dəstəkləyən amillərdəndir:

“Gələcəkdə hökumət kvartalının da orada yerləşdirilməsi mümkündür. Xarici qonaqların Qəbələdə qəbul olunması isə həm praktiki, həm də strateji baxımdan məqsədəuyğun görünür. Növbəti mərhələdə isə Qəbələnin paytaxt elan olunması məsələsi gündəmə gələ bilər. Təbii ki, bu, Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində referendum yolu ilə həll olunmalıdır. Çünki hazırda Konstitusiyaya əsasən Azərbaycanın paytaxtı Bakı şəhəridir”.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər