Vaşinqton bölgədə yeni xətt açır: Huker İrəvana niyə gedib?

Vaşinqton bölgədə yeni xətt açır: Huker İrəvana niyə gedib?
17.11.2025 16:50

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan ABŞ dövlət katibinin müavini Elison Huker ilə görüşüb.

Ermənistan XİN-in məlumatına görə, tərəflər "Tramp marşrutu"nu müzakirə ediblər. 

Maraqlıdır, Elison Hukerin İrəvana səfəri ABŞ-nin  Ermənistan–Türkiyə xəttində hansı strateji hədəflərinə hesablanıb? Görüşün ümumi məqsədi nədən ibarətdir? 


Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Aqşin Kərimov bildirib ki, ABŞ TRIPP layihəsini irəli aparmaq üçün diplomatik fəallığını artırıb:

"Amerika Birləşmiş Ştatları TRIPP (Trump Route for International Peace and Prosperity) marşrutunun həyata keçirilməsi üçün diplomatik və siyasi fəaliyyətini aktiv mərhələyə keçirmiş vəziyyətdədir. Bu yanaşma, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında əldə olunmuş razılaşmaların sürətli icrası baxımından mühüm əhəmiyyət daşıyır".

Onun sözlərinə görə, ABŞ yeni tərəfdaşlar axtarır və mövcud maneələrin aradan qaldırılmasını prioritet sayır:

"Bu kontekstdə ABŞ öz diplomatiyasını çoxşaxəli və çoxvektorlu istiqamətdə quraraq TRIPP layihəsini dəstəkləyən yeni tərəfdaşlar axtarır. Buna görə də layihənin qarşısında dayanan süni sədlərin, eləcə də texniki və siyasi maneələrin aradan qaldırılması prioritet məsələdir".

Ekspert hesab edir ki, dövlət katibinin müavininin regiona səfəri məhz bu maneələrin dəqiq qiymətləndirilməsi və həmin qiymətləndirmələrin sonradan Azərbaycanla bölüşdürülməsi baxımından xüsusi önəm kəsb edir.

Politoloq, həmçinin Azərbaycan–Türkiyə–ABŞ xəttinin güclənməsinə diqqət çəkib:

"Hazırda Azərbaycan–Türkiyə–ABŞ xəttində yeni və müsbət tendensiyalar müşahidə olunur. Bu dinamika yaxın gələcəkdə üçtərəfli əməkdaşlığın daha geniş formatlarda inkişafına şərait yarada bilər. Bu mənzərə fonunda Ermənistan–Türkiyə–ABŞ münasibətlərindən daha çox, Azərbaycan–Türkiyə–ABŞ üçbucağındakı əməkdaşlıq perspektivləri diqqət mərkəzində olmalıdır".

A.Kərimov əlavə edib ki, Azərbaycan bölgədə əsas tərəfdaş kimi aparıcı güclərlə işləməyə üstünlük verir:

"Bu yanaşmanın vacibliyi həm də onunla bağlıdır ki, regionda Azərbaycanın əsas tərəf-müqabili Ermənistan deyil. Azərbaycan artıq bölgənin aparıcı gücləri ilə əməkdaşlıq edərək, öz mövqeyini paylaşaraq və şərtlərini irəli sürərək yeni nəticələr əldə etməyə çalışır".

Politoloq sonda vurğulayıb ki, Ermənistana səfər edən nümayəndə heyətinin məqsədi  Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəminin yenilənməsi və bu gündəmin TRIPP layihəsi çərçivəsində irəlilədilməsidir.

Jalə Rövşən

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər