Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə

Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə
03.06.2026 14:15

Rusiyada SPIEF-2026-nın (Beynəlxalq İqtisadi Forum)  açılış günü Sankt-Peterburqdakı "Petersburg Oil" Terminalında güclü yanğın baş verdi.  İlkin məlumatlara görə, hadisə Ukrayna dronlarının hücumu nəticəsində baş verib.  Baltik regionunun ən mühüm neft terminallarından biri hesab olunan obyektin belə bir gündə hədəfə alınması mühüm strateji mesajdır.

Dronlar şəhərin bir neçə rayonunu və Kronştadtdakı hərbi obyektləri hədəf alıb. Yanğın nəticəsində şəhər üzərini qara tüstü alıb. Rusiya rəsmiləri itkilərin məhdud olduğunu bildirsələr də, hadisənin  əhəmiyyəti böyükdür.

Ukrayna rəhbərliyi hücumu Rusiyanın müharibə potensialına qarşı zərbə kimi qiymətləndirir. Son aylarda Ust-Luqa, Primorsk və digər Baltik limanlarına edilən hücumlar da eyni strategiyanın tərkib hissəsi sayılır. Məqsəd Rusiyanın enerji ixracını və müharibəni maliyyələşdirmə imkanlarını zəiflətməkdir.

Maraqlısı odur ki, belə bir qaynar zonada iyunun 4-də  Rusiya Prezidenti Vladimir Putin həmin forumda  iştirak edəcək və iştirakçıların suallarını cavablandıracaq. Bundan əlavə, o, dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüş keçirəcək. Yuri Uşakovun açıqlamasına görə, bu görüş Rusiyanın daxili və xarici siyasət gündəmi, eləcə də beynəlxalq proseslərə həsr olunacaq. 

Forumda 100-dən çox ölkədən təxminən 20 min nümayəndənin iştirakı gözlənilir. Özbəkistan və Tanzaniya prezidentləri, Çin rəsmisi Han Çjen, eləcə də ABŞ nümayəndə heyətinin iştirakı diqqət çəkir. Eyni zamanda, Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev videokonfrans formatında Özbəkistanda yeni atom elektrik stansiyası layihəsinin birinci enerji blokunun tikintisinə start verəcəklər. “Rusiya Davosu” kimi tanınan SPIEF Moskva üçün mühüm iqtisadi və siyasi platformadır.

Dronların Sankt-Peterburq kimi strateji şəhərə çatması isə təhlükəsizlik sistemlərinin effektivliyi ilə bağlı sualları yenidən gündəmə gətirib.  Hücum forum iştirakçılarına Rusiyanın “heç bir yeri təhlükəsiz deyil” mesajı verir.

İnternetə məhdudiyyətlər tətbiq olunub. Lakin Putinin təhlükəsizliyi hələ də sual altında qalır. Ekspertlər hesab edirlər ki, Putin məhz bu səbəbdən forumda iştirakını təxirə sala bilər. 

Gedişat müharibənin xarakterindəki dəyişiklikləri bir daha göstərir. Ukrayna cəbhədən uzaqda yerləşən strateji obyektləri hədəfə almaq imkanlarını genişləndirir, Sankt-Peterburqdakı son hadisə göstərir ki, müharibənin təsirləri artıq cəbhə xəttindən çox uzaqlara yayılıb və Rusiyanın əsas mərkəzlərinə qədər çatıb. 

Jalə Rövşən

XƏBƏR LENTİ
16 IYUN 2026
Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 Bütün Xəbərlər