Türkiyənin Ukrayna vasitəçiliyinə QARA KÖLGƏ: Qara dənizdə Rusiya tankerləri hədəfdə

Türkiyənin Ukrayna vasitəçiliyinə QARA KÖLGƏ: Qara dənizdə Rusiya tankerləri hədəfdə
02.12.2025 18:30

Qara dənizdə Rusiyaya məxsus “Midvolga-2” tankerinə Türkiyə sahillərindən 80 mil məsafədə hücum edilib. Bu, son günlərdə Qara dənizdə Rusiya gəmilərinə qarşı həyata keçirilən üçüncü hücumdur. 


Maraqlıdır, Qara dənizdə Rusiya gəmilərinə qarşı artan hücumlar regional təhlükəsizlik balansına necə təsir göstərə bilər və Türkiyə bu prosesdə hansı mövqe strategiyasını izləməlidir? Bu, kimin maraqlarına xidmət edə bilər?   

Məsələ ilə bağlı TodayPress TV-yə danışan türkiyəli siyasi analitik İsmail Cingöz bildirib ki, Türkiyə müharibə boyunca balanslı siyasət apararaq həm NATO ilə, həm də Rusiya ilə əlaqələrini qoruyub və vasitəçi kimi ön plana çıxıb: 


“Ukrayna–Rusiya müharibəsi başladığı gündən etibarən Türkiyə NATO üzvü olmasına baxmayaraq, diqqətçəkən şəkildə öz balanslı və nisbi tərəfsiz mövqeyini qorumağı bacarıb. Ankara nə ABŞ və digər NATO ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulub, nə də Moskva ilə münasibətləri gərginləşdirib. Türkiyə həm Ukrayna, həm də Rusiya ilə siyasi, iqtisadi, ticarət və regional əməkdaşlığını eyni anda davam etdirərək özünü unikallıqla seçilən vasitəçi dövlətə çevirib. Məhz bu balanslı xətt sayəsində əsir mübadiləsi və taxıl sazişi kimi kritik proseslərdə Türkiyənin rolu həlledici olub və Ankara arabulucu statusunu qoruyub”.

O vurğulayıb ki, Zelenski də son günlərdə Türkiyəyə səfər edərək Rusiya ilə Ukrayna arasında atəşkəsin təmin olunması və sülhün bərqərar olması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinlə təmaslarına ehtiyac olduğunu vurğulayıb.


Ekspert deyib ki, Ukraynanın Qara dənizdəki hücumları dialoqa zərbə vurur:  

“Lakin təəccüblü məqam budur ki, Ukrayna məhz belə bir sülh və atəşkəs təşəbbüslərinin fəallaşdığı dövrdə Qara dənizdə Rusiyaya məxsus və ya Rusiya tərəfindən idarə olunan ticarət və neft tankerlərinə hücumlar təşkil etməyə başlayıb. Bu isə prosesə mənfi təsir göstərir. Daha diqqətçəkən məsələ isə onun Türkiyənin dəniz sərhədlərinə və ya münhasır iqtisadi zonalarına yaxın ərazilərdə baş verməsidir. Sanki bəzi ölkələr Türkiyənin vasitəçiliyindən narahat olur və Ukraynanı bu istiqamətdə bilavasitə və ya dolayı yollarla təşviq edərək, hücumların məhz Türkiyənin maraq dairəsində baş verməsinə şərait yaradırlar. Bu isə Türkiyənin vasitəçi rolunun zəiflədilməsinə hesablanmış addım təsiri bağışlayır”.  

Analitik qeyd edib ki, Antalya görüşünün uğursuzluğa uğraması Qərb daxilində sülh istəməyən güclərin varlığını göstərir. 

Politoloq həmçinin əlavə edib ki, Britaniya və bəzi Avropa ölkələri müharibəni uzadıb Rusiyanı zəiflətmək istəyir:    


“Ümumilikdə, xüsusilə Böyük Britaniya başda olmaqla bir sıra Avropa ölkələrinin müharibənin uzun çəkməsində maraqlı olduğu görünür. Bu yolla Rusiyanın Ukraynada zəifləməsi və resurs itirməsi hədəflənir. Yeni dünya düzənində güclü Rusiya və güclü Avropa Londonun maraqlarına uyğun deyil. Böyük Britaniya bu müharibəni uzatmaqla bölgəni məşğul edir, öz sistemini qurur və Qərb blokunun liderliyinə hazırlaşır. Şərqdə isə artıq güclü qütb kimi Çin formalaşır. Bu mənada Çin və Britaniya paralel şəkildə yeni dünya nizamının sütunları kimi irəliləyir. Almaniya da bu prosesdə Britaniyanın əsas dəstəkçilərindən biridir”.  

İsmail Cingöz sonda diqqətə çatdırıb ki, Ankara güclənən Türkiyəni hədəf alan cəhdlərə baxmayaraq, təcrübəsi ilə bu təzyiqləri dəf edəcək siyasi xətti qoruyur: 

“Bütün bunlarla yanaşı, Türkiyənin mövqeyi və dövlət ağılı ortadadır. Qərbin güclənən Türkiyəni və Türk Dövlətləri Təşkilatını istəmədiyi də aydındır və Ankaranı bir şəkildə münaqişəyə cəlb etməyə çalışdıqları ehtimal edilir. Lakin əsrlərlə formalaşmış dövlətçilik ənənəsinə və təcrübəsinə malik olan Türkiyə bu kimi cəhdlərin öhdəsindən gəlməyi bacaracaq gücdədir. Prezident Rəcəb Tayyib Ərdoğan da məsələyə dair açıqlamalarında prosesləri yaxından izlədiklərini və Türkiyənin öz mövqeyini qətiyyətlə qoruyacağını bildirib”.   

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər