Türkiyəli ekspert: "Türk bayrağına uzanan əllər cavab verəcək!"

Türkiyəli ekspert: "Türk bayrağına uzanan əllər cavab verəcək!"
22.01.2026 18:08

“Türkiyədə uzun müddətdir şahid olmadığımız hadisələr baş verdi".

Bunu  TodayPress TV-yə türkiyəli politoloq Ali Satan deyib.

Onun sözlərinə görə, bu olaylar təkcə Türkiyə ilə məhdudlaşmır. PKK–SDG terror qruplaşmalarının  tərəfdarı olan qruplar Avropa da daxil olmaqla bir çox ölkədə həddindən artıq aqressiv aksiyalar keçirdilər. Bu nümayişlər həmin təşkilat ətrafında yaradılan ümid və gözləntilərin necə dərin məyusluğa çevrildiyi ilə bağlıdır. 

Analitik qeyd edib ki, PKK–SDG terror qruplarının nümayişləri böyük məyusluğu ortaya qoyur: 

"İlk növbədə, ABŞ və Avropa mediası da daxil olmaqla bir çox media qurumunun Suriyadakı PKK–SDG terror qruplaşmalarını azadlıq carçıları kimi təqdim etməsi böyük səhv idi. Bu qurum terror təşkilatından başqa bir şey deyil. Artıq işğal etdikləri ərazilər azad edildikcə, mülki əhalinin hansı əzabları yaşadığı da üzə çıxır".

Ekspert  hesab edir ki, digər bir yanlış isə ABŞ-nin dəstəyi ilə çox güclü bir ordunun yaradıldığı iddialarının həqiqətə uyğun olmaması idi. Bunun böyük bir yalan olduğu aydınlaşdı. Bu səbəbdən "PKK"–"SDG" simpatizanları mənasız gözləntilərə qapıldılar və baş verən daşqın xarakterli aksiyalar da bunun əks-sədasıdır.

A.Satan həmçinin vurğulayıb ki, türk bayrağının endirilməsi, əlbəttə ki, qəbuledilməz və açıq-aşkar təxribat xarakterli bir əməldir:

"Türk dövləti və Türk milləti böyük təcrübəyə malikdir və sağlam düşüncə ilə hərəkət edir. Bu cinayətə qarışanları müəyyən edib ədalət qarşısına çıxaracaq gücə sahibdir. Proses artıq başlayıb, saxlanılan şəxslər məhkəmə qarşısında cavab verəcək və ədalətin qərarı icra olunacaq".

Politoloq bildirib ki, dünyada və bölgəmizdə çox mühüm proseslərin getdiyi bir dövrdə ağıllı və təmkinli davranmaq, terrorçuların hərəkət və çağırışlarına aldanmamaq lazımdır.

"Sonda bir həqiqət də ortaya çıxıb ki, bir terror təşkilatına qarşı başqa bir terror təşkilatından istifadə etmək böyük səhvdir. ABŞ-nin İŞİD-ə qarşı bəslədiyi "SDG" ilk fürsətdə "İŞİD" üzvlərini həbsxanalardan azad etdi. Düşünürəm ki, bu fakt hər kəs üçün ciddi dərs olmalıdır",- A.Satan fikrini sonlandırıb. 

Qeyd edək ki,  Mardin vilayətinin Nusaybin rayonunda bir qrup şəxs sərhəddəki Türkiyə bayrağını endirib. Hadisə Suriya tərəfdəki vəziyyətə etiraz məqsədilə keçirilən nümayişdən sonra baş verib.   

Jalə Rövşən

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Bütün Xəbərlər