Trampın Putinə qarşı “səbri”nin səbəbləri: Strateji maraqlar, diplomatik taktika və…

Trampın Putinə qarşı “səbri”nin səbəbləri: Strateji maraqlar, diplomatik taktika və…
18.08.2025 17:55

“ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə qarşı səbirli mövqe nümayiş etdirməsinin arxasında həm şəxsi, həm də strateji faktorlar dayanır”.

Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə açıqlamasında deyib.   

Onun sözlərinə görə, birinci amil Trampın liderlik təcrübəsidir:

"Tramp yaxşı bilirdi ki, tələsik verilən qərarlar geopolitik riskləri artırır. İkinci mühüm amil isə iqtisadi maraqlardır. ABŞ ilə Rusiya arasında enerji və ticarət sahəsində müəyyən tarazlığın qorunması vacibdir. Trampın sanksiyaları indiyə qədər təxirə salması həm də diplomatik manevr üçün imkan yaradırdı. Bununla da o, Putini müəyyən güzəştlərə getməyə məcbur etməyi planlaşdırırdı. Üçüncü factor isə Trampın şəxsi liderlik tərzidir. O, həmişə “güc üzərindən razılaşma” prinsipinə üstünlük verib". 

Analitikin fikrincə, Trampın səbirli davranışı həm də ABŞ-dəki daxili siyasi dinamika ilə əlaqədardır. Eyni zamanda, Tramp Moskva ilə dialoqu ön plana çıxararaq Vaşinqtonun beynəlxalq nüfuzunu qorumaq və möhkəmləndirmək istəyir. Bu, eyni zamanda, informasiya strategiyasıdır.  Media və siyasi opponentlərə qarşı manevr üçün vaxt qazanmaq deməkdir. Putinin mövqeyi hələ də sərt olduğundan, Tramp konkret addımlara keçmək üçün şəraitin yetkinləşməsini gözləyir. 

“Tramp həmçinin Putinin davranışlarını düzgün analiz edir və onunla şəxsi münasibətlərindəki nüansları da nəzərə alır. Regiondakı strateji balans, xüsusilə Cənubi Qafqaz və Ukrayna məsələləri də Trampın hesablamalarının bir hissəsidir. Onun səbrli siyasəti həm də geopolitik mesaj daşıyır: ABŞ dərhal təzyiq göstərməyəcək, lakin güzəştə də getməyəcək. Bu yanaşma Putini uzunmüddətli danışıqlara cəlb etmək üçün taktiki üstünlük yaradır. Digər tərəfdən, Tramp Avropa liderləri və NATO ilə əlaqələri koordinasiya etmək, paralel olaraq enerji bazarındakı maraqları qorumaq məqsədilə zamana ehtiyac duyur”. 

T.İsmayılov yekun olaraq bildirib ki, Trampın səbr nümayiş etdirməsi onun liderlik xüsusiyyətləri, strateji hədəfləri, daxili siyasi balansı və qlobal diplomatik manevrləri ilə bağlı çoxqatlı bir siyasətin tərkib hissəsidir.

Qeyd edək ki, iyulun 28-də ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Rusiya ilə danışıqlarda irəliləyiş olmadığını və atəşkəs üçün son müddəti 10-12 günə endirdiyini demişdi. Bu müddət avqustun 8-də başa çatdı. Ardınca Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini elan etdi. Liderlərin avqustun 15-də Alyaskada baş tutan görüşü zamanı mətbuata açıqlama verilmədi. Lakin sonradan Tramp sosial media hesabında Ukraynanın sülh qarşılığında NATO-dan və Krımdan imtina etməli olduğunu bəyan etdi. 

Qiymət Mahir

FOTOLAR

Trampın Putinə qarşı “səbri”nin səbəbləri: Strateji maraqlar, diplomatik taktika və… — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Bütün Xəbərlər