Trampın neft sevdası Amerikaya baha başa gəlir? – Çin hər yeri "ələ keçirir"

Trampın neft sevdası Amerikaya baha başa gəlir? – Çin  hər yeri "ələ keçirir"
07.04.2026 17:23

Son qlobal enerji və iqtisadi gərginlik fonunda Çinlə əməkdaşlıq edən ölkələr alternativ enerji və tədarük imkanları hesabına daha dayanıqlı görünür. Çinin tədarük zəncirlərinə güvənən ölkələr, ABŞ sisteminə güvənənlərlə müqayisədə daha yaxşı vəziyyətdədir. Uzun illər “Çin risklidir, borc tələsi yaradır, təzyiq edir” deyilirdi. Lakin son böhran göstərdi ki, bu yanaşma müəyyən mənada dəyişir.  Məsələn, Pakistanın iqtisadi baxımdan çökəcəyi gözlənilsə də, tam böhran yaşanmadı. Nepalda da oxşar vəziyyət müşahidə olunur: Çin istehsalı elektrik avtomobilləri və hidroenerji sayəsində yanacaq qiymətlərinin təsiri daha az hiss olunur.  Eynilə Afrika da bu istiqamətdə ilərləyir.  

Maraqlıdır, Çin yönümlü tədarük və enerji modellərinin güclənməsi uzunmüddətli perspektivdə ABŞ-nin beynəlxalq təsir imkanlarını zəiflədə bilərmi?   

Sözügedən mövzunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov TodayPress TV-yə şərh edib. 


O bildirib ki, Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq mövcuddur və Azərbaycan bu tərəfdaşlığa uyğun olaraq Çinlə iqtisadi əməkdaşlığı daha da gücləndirib:

"Şübhəsiz ki, Çin artıq region ölkələrinə və dünya bazarına böyük həcmdə texnologiya ixrac edən aparıcı ölkələrdən biridir. Hazırda biz Çinin ixrac strukturunda əvvəlki dövrlərlə müqayisədə gündəlik istehlak və sənaye məhsullarından innovativ məhsullara keçidin şahidi oluruq".

Deputat qeyd edib ki, Çin tərəfindən həm yeni texnoloji məhsullar ixrac olunur, həm də xüsusilə yaşıl enerji sahəsində böyük sərmayələr qoyulur və müasir texnologiyalardan geniş istifadə edilir. Bu baxımdan qeyd etmək lazımdır ki, Çin nominal ümumi daxili məhsulun həcminə görə dünyada ikinci ən böyük iqtisadiyyata malikdir.

Onun sözlərinə görə, digər tərəfdən, Çin ümumilikdə iqtisadiyyata, xüsusən də texnologiya və yaşıl iqtisadiyyat sahələrinə ən çox sərmayə yatıran ölkələrdən biridir: 

"Xüsusilə son dövrlərdə elektrik avtomobillərinin istehsalında Çin şirkətləri ciddi uğurlar əldə ediblər. Bütün bunlar Çinin innovativ bazardakı mövqeyinin güclənməsinə səbəb olub".

V.Bayramov əlavə edib ki, nəticə etibarilə, qlobal iqtisadiyyatda aparıcı ölkələrin payında müəyyən dəyişikliklər müşahidə olunur. Statistik göstəricilər də təsdiqləyir ki, Çin şirkətləri innovativ iqtisadiyyatda artıq mühüm paya sahib olmağa başlayıblar.

Mövzu  ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa isə bildirib ki, Çin daha səliqəli davranır və alternativ enerji mənbələrinə daha çox diqqət yetirir: 


"Əslində, Amerikada da bu tendensiya Donald Tramp hakimiyyətə gələnə qədər mövcud idi. O, hakimiyyətə gəldikdən sonra alternativ enerjinin inkişafına müəyyən maneələr yaratdı, diqqəti yenidən qazma sənayesinə yönəltdi və neft-qazın daha vacib olduğunu vurğuladı. Bəzən bu yanaşma onun bağlı olduğu iddia edilən böyük güclərlə də əlaqələndirilir. Məsələn, Rockefeller ailəsi  ilə əlaqəsi qeyd olunur ki, bu qrupun da əsas təsir sahələrindən biri neft-qaz sektorudur".

Onun qənaətincə, qlobal güclər ümumilikdə alternativ enerjiyə üstünlük verirlər: 

"Bu baxımdan Çin həmin xəttə daha yaxındır və böyük ehtimalla onun seçdiyi istiqamət – alternativ enerji – daha perspektivli görünür. Düzdür, qlobal münaqişələr və potensial böhranlar bu vəziyyəti dəyişə bilər. Xüsusilə qeyri-ənənəvi müharibə riskləri, o cümlədən nüvə silahından istifadə ilə bağlı narahatlıqlar artarsa, bütün dünya bundan zərər görə bilər. Amma belə ekstremal ssenarilər baş vermədiyi təqdirdə, Çinin inkişaf istiqaməti daha məqbul hesab oluna bilər. Eyni zamanda, Çinlə əməkdaşlıq edən ölkələrin daha sabit inkişaf tempinə malik olduqlarını da qeyd etmək olar". 

Analitik bu gün Amerikanın siyasətində ciddi dəyişikliklər və qeyri-sabitliyin müşahidə olunduğunu nəzərə çatdırıb: 

"Hətta ən yaxın müttəfiqləri, xüsusilə Avropa ilə münasibətlərdə belə, həm hərbi-siyasi, həm iqtisadi, həm də enerji sahələrində müəyyən dalğalanmalar görünür. ABŞ daha çox öz maraqlarına fokuslanmış kimi təsir bağışlayır. Artıq əvvəlki kimi güclü və vahid müttəfiqlər blokundan danışmaq çətindir. Daha çox selektiv yanaşmalar müşahidə olunur. Məsələn, Yaxın Şərqdə İsrailə xüsusi münasibət sərgilənir, Avropada isə bəzi ölkələrə fərqli yanaşmalar tətbiq olunur".

Əli Mustafa sonda bildirib ki, uzunmüddətli perspektivdə Çinin seçdiyi yol,  daha etibarlıdır: 

"Bu stiqamətdə olan, Çinə yaxın olan ölkələrin də bu baxımdan yaxın gələcəkdə qarşılaşacağı problemlər daha az olacaq, nəinki Amerikanın." 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 Bütün Xəbərlər