Trampın "NATO planı" ifşa olundu: Gizli məqsəd nədir?

Trampın "NATO planı" ifşa olundu: Gizli məqsəd nədir?
02.04.2026 14:48

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı şikayətlərinin bloku qəsdən zəiflətmək cəhdi ola biləcəyini deyib. 

Qeyd edək ki,  ABŞ Prezidenti NATO-dan çıxmağı ciddi şəkildə düşündüyünü açıqlayıb. 

Sual yaranır,  bu məsələdə  Trampın əsas fikri nədir?  

Mövzunu politoloq Taleh Əliyev TodayPress TV-yə şərh edib.  


Onun sözlərinə görə, Trampın İranla müharibəyə başlaması ilə bağlı NATO-lu müttəfiqlərini məlumatlandırmaması, müharibənin gedişində yaşanan çətinliklər fonunda Avropa dövlətlərinin Trampın istəklərinə və müraciətlərinə müsbət  cavab verməməsinə səbəb olub: 

"Bu, şübhəsiz ki, Trampın aqressiv yanaşmasını şərtləndirən əsas faktorlardan biridir. Amma düşünmürəm ki, Tramp bu məsələdə sonuna qədər israr edəcək. Çünki Amerika Birləşmiş Ştatları üçün NATO və bütövlükdə Avropa İttifaqı ilə müttəfiqlik, dövlət siyasətinin əsas sütunlarından biridir. Bu baxımdan, prezident səviyyəsində belə fundamental münasibətləri tamamilə sıfırlamaq qeyri-mümkündür". 

Analitik qeyd edib ki, Trampın açıqlaması NATO-ya güvəni sarsıda bilər:

"Kaya Kallasın da qeyd etdiyi kimi, Trampın bu açıqlaması indiki həssas dövrdə həm dünyada, həm də Avropada NATO-nun təhlükəsizlik çətiri kimi roluna etimadsızlıq yaradır. Lakin düşünmürəm ki, bu kimi açıqlamalar ABŞ-nin NATO-dan çıxmasına və ya NATO-nun tamamilə sıradan çıxmasına səbəb olacaq. Hətta ABŞ NATO-dan çıxsa belə, Avropa İttifaqı bu gün dünyanın əsas qüdrətli regionlarından biri olaraq qalmaqdadır". 

Politoloq nəzərə çatdırıb ki, dünyanın yeddi iqtisadi qüdrətindən dördü Avropada yerləşir:

"Əgər Kanadanı da Avropa Birliyinə inteqrasiya olunmuş bir dövlət kimi nəzərə alsaq, bu yeddi qüdrətdən beşi deməkdir. Eyni zamanda, dünyanın nüvə dövlətlərindən ikisi və BMT Təhlükəsizlik Şurasının beş daimi veto hüququna malik ölkəsindən ikisi – Böyük Britaniya və Fransa – bu qitədə yerləşir. Avropanın iqtisadi və texnoloji imkanları isə dünyanın digər iqtisadi gücləri ilə müqayisədə ilk üçlükdə yer alır". 

Taleh Əliyevin qənaətincə, buna  görə də Donald Trampın bu açıqlamaları sadəcə söz olaraq qalacaq: 

"Çünki Avropa ilə münasibətlərin sıfırlanması həm Avropaya, həm də ABŞ-yə ciddi zərər verə bilər. Bu gün dünyaya hökm edən ABŞ-nin arxasında Avropa İttifaqının dayanması onun qüdrətini təmin edir. Əgər Avropa ABŞ-nin arxasında yox, önündə dayanarsa, bu, Amerika qüdrətinin də əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq. Ona görə də hesab edirəm ki, Amerika dövlətinin dərin strukturları bu məsələyə isti yanaşmayacaq". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 Bütün Xəbərlər