“Trampın əsas məqsədi İranda rejim dəyişikliyi deyil” – RƏY

“Trampın əsas məqsədi İranda rejim dəyişikliyi deyil” – RƏY
07.03.2026 19:45

ABŞ Prezidenti Donald Tramp “Axios”a verdiyi müsahibədə qeyd edib ki, İranın növbəti liderini seçmək, Venesuelada etdiyi kimi, asan olacaq.

Politoloq Elşad Mirbəşiroğlu Ağ Ev liderinin səsləndirdiyi fikri TodayPress TV-yə şərh edib. 


O bildirib ki, Trampın İranın yeni liderinin müəyyənləşdirilməsi prosesində iştirak etməsi nə hüquqi, nə də institusional baxımdan real görünür.   

Analitik vurğulayıb ki, Donald Tramp son dövrlərdə rejimin dəyişdirilməsi mövzusunu daha çox ön plana çəkir və nüvə məsələsi nisbətən arxa plana keçib. 

Onun sözlərinə görə, ABŞ Prezidenti İranda yeni liderin müəyyənləşdirilməsi prosesində iştirak etmək istədiyini göstərir, lakin bu məsələni Venesuela ilə müqayisə etmək mümkün deyil: 

“Bir həftədən çoxdur ki, ABŞ, İsrail və İran arasında faktiki olaraq genişmiqyaslı müharibə gedir. Bu səbəbdən Venesuelada baş verənlərlə indiki vəziyyəti müqayisə etmək qeyri-mümkündür. Həm ölkələrin hərbi gücü, həm mentaliteti, həm də yerləşdikləri region tamamilə fərqlidir”. 


Ekspert qeyd edib ki, Trampın İranın ali dini liderinin müəyyənləşdirilməsi prosesində iştirak etməsi hüquqi baxımdan mümkün deyil. 

“İranın ali dini lideri ölkə daxilində mövcud olan Şura tərəfindən seçilir və bu prosesdə kənar şəxslərin iştirakı nəzərdə tutulmur. Beynəlxalq hüquqda da elə bir norma yoxdur ki, ona əsaslanaraq bir ölkənin rəhbəri başqa bir ölkənin liderinin müəyyənləşdirilməsi prosesində iştirak edə bilsin”. 

E. Mirbəşiroğlu Trampın Venesuela nümunəsinə istinad etməsinə diqqət çəkərək bildirib ki, Venesuelada ABŞ tərəfindən Prezident Nikolas Maduronun saxlanılmasına baxmayaraq, ölkədə rejim dəyişməyib.  


Onun fikrincə, bu fakt göstərir ki, Trampın əsas məqsədi tam rejim dəyişikliyi deyil. O, daha çox ABŞ-yə sadiq olacaq bir ali dini liderin formalaşmasında iştirak etmək istəyir. Belə bir lider ABŞ-yə sadiq münasibət göstərərsə, problem olmayacaq.   

Politoloq hesab edir ki, Tramp yalnız bir halda İranın yeni liderinin müəyyənləşdirilməsi prosesində birbaşa iştirak edə bilər. Bu isə yalnız ABŞ-nin İran üzərində total qələbə qazanacağı halda mümkün ola bilər. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Bütün Xəbərlər