Trampdan "unikal" STATİSTİKA: "Tarixin ən sürətli qalib lideriyəm!"

Trampdan "unikal" STATİSTİKA: "Tarixin ən sürətli qalib lideriyəm!"
07.05.2026 19:00

Donald Tramp öz rəsmi hesabından maraqlı bir paylaşım edib: 

“Wow. Study this Chart! President DJT”.

Paylaşımda “Length of Wars”, yəni müharibələrin davam etmə müddətini əks etdirən cədvəl yer alıb. Orada müxtəlif müharibələrin neçə həftə çəkdiyi belə sıralanıb:

Əfqanıstan Müharibəsi — 543 həftə

İraq Müharibəsi — 457 həftə

Vyetnam Müharibəsi — 439 həftə

Amerika Vətəndaş Müharibəsi — 209 həftə

İkinci Dünya Müharibəsi — 196 həftə

Koreya Müharibəsi — 161 həftə

1812-ci il Müharibəsi — 139 həftə

İran Excursion (İran yürüşü) — 6 həftə (bu hissə xüsusi olaraq qırmızı rənglə qeyd edilib)

Bəs Tramp bu rəqəmlərlə, əslində, nə demək istəyir?

İranla bağlı hərbi addımı "müharibə" yox, "excursion" (ekskursiya və ya qısamüddətli səfər) adlandırması xüsusi diqqət çəkir. O, hər şeyin cəmi 6 həftəyə həll edildiyini göstərməyə çalışır. Əfqanıstandakı 543 həftəlik mənzərənin yanına özünün 6 həftəlik nəticəsini qoymaqla "Mən gəldim və problemi dərhal kökündən həll etdim" deyir. 

Tramp, eyni zamanda həm demokratların, həm də respublikaçıların köhnə liderlərini hədəf alır. Bir neçə çıxışında da qeyd etdiyi kimi, onları Amerikanı illərlə bitib-tükənməyən bataqlıqlara sürükləməkdə günahlandırır.

Bəs Trampın İran müharibəsini qeyd etdiyi digər müharibələrlə müqayisə etmək haqqı varmı?

Tarixi müharibələr (Əfqanıstan, İraq, Vyetnam) uzunmüddətli işğal, dövlət qurma, rejim dəyişdirmə və sonra sabitlik saxlama məqsədi daşıyırdı. Bunlar “qalib gəlib çıxmaq”dan çox, uzun müddətli iştirak tələb edirdi. İran məsələsində isə tam işğal, uzunmüddətli qoşun saxlama və ya yeni dövlət qurma məqsədi yoxdur. “6 həftə” rəqəmi özü də şübhəlidir, çünki proses hələ yekuna çatmayıb. 

Əfqanıstan və Vyetnamda ABŞ hərbi cəhətdən güclü idi, amma strateji cəhətdən uduzdu, rejim çökdü, “Taliban” qayıtdı. İraqda hərbi qələbə var idi, amma nəticədə İraqda İran təsiri artdı. İranda isə hələlik tam qələbə yoxdur, rejim yerindədir, nüvə proqramı tam məhv olunmayıb, regionda gərginlik davam edir.

Hərbi və tarixi baxımdan müqayisə çox zəifdir. Fərqli məqsəd və xarakter daşıyan əməliyyatları eyni kateqoriyaya salmaq sadəcə manipulyasiyadır. 

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUN 2026
Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Bütün Xəbərlər