Trampdan Kubaya MESAJ: “Dostcasına işğal”!

Trampdan Kubaya MESAJ: “Dostcasına işğal”!
28.02.2026 16:47

ABŞ Prezidenti Donald Tramp Kuba hökumətinin Vaşinqtonla danışıqlar aparmasından narazı olduğunu deyib və adanın “dostcasına alınması” ehtimalını nəzərdən keçirə biləcəyini bildirib. 

“Kuba hakimiyyəti bizimlə danışıqlar aparır və bildiyiniz kimi, onlar böyük çətinliklərlə üzləşiblər. Onların pulu yoxdur, hazırda heç nələri yoxdur və bəlkə də biz Kubanın dostcasına fəthini həyata keçirəcəyik”.

Politoloq Elşad Mirbəşiroğlu Trampın bəyanatını TodayPress TV-yə şərh edib.


Analitik bildirib ki, ABŞ Prezidentinin “friendly takeover” (dostcasına ələ keçirmə) ifadəsi Kubada dinc yolla rejim dəyişikliyinə və ölkənin siyasi-iqtisadi baxımdan Vaşinqtonun təsiri altına salınmasına yönəlib. 

Onun sözlərinə görə, bu anlayış əsasən biznes mühitində işlədilən termindir və tərəflərin razılığı əsasında zəif şirkətin güclü şirkət tərəfindən udulmasını ifadə edir.

“Dövlət rəhbərinin bu ifadəni digər ölkə barədə işlətməsi siyasi məna daşıyır. Bu, Trampın qeyri-hərbi vasitələrlə Kubanı siyasi və iqtisadi baxımdan ABŞ-nin nəzarətinə keçirmək istədiyini göstərir”, - deyə siyasi şərhçi izah edib.

O vurğulayıb ki, Tramp hakimiyyətinin ilk dövrlərindən Qərb yarımkürəsində yeni geosiyasi vəziyyət yaratmaq niyyətini gizlətməyib və Venesuela, Meksika, Kuba, Kolumbiya kimi ölkələrin siyasi yönlərinin dəyişdirilməsinin vacibliyini qeyd edib. 


Politoloq bildirib ki, bu prosesin aparılması ABŞ dövlət katibi Marko Rubioya həvalə olunub və yüksək səviyyəli danışıqlar aparılır.

Siyasi şərhçi xatırladıb ki, bir müddət əvvəl Kubanın keçmiş Prezidenti Raul Kastronun nəvəsi kiçik Raul Kastro ilə ABŞ rəsmiləri arasında danışıqlar aparılması barədə məlumatlar yayılıb:

“Bu, ABŞ-nin Kubanı daxildən dəyişmək, kommunist hökuməti sıradan çıxarmaq və Amerikaya sadiq olan yeni hakimiyyət formalaşdırmaq istədiyini göstərir”.

Ekspert əlavə edib ki, son dövrlərdə hərbi və iqtisadi təzyiqlər də artıb. ABŞ hərbi katerinin Kuba sularında insident törətməsi və nəticədə Kuba sərhədçilərinin həlak olması, eləcə də Venesuelaya Kubaya neft satmamaqla bağlı məhdudiyyətlər tətbiq edilməsi ölkədə iqtisadi vəziyyəti daha da ağırlaşdırıb.


Siyasi şərhçinin sözlərinə görə, aviasiya əlaqələrinin zəifləməsi və turizm sektorunun geriləməsi də bu təzyiq mexanizmlərinin tərkib hissəsidir.

“Yekun olaraq, Tramp Kubaya əsasən qeyri-hərbi komponentlərdən istifadə etməklə siyasi və iqtisadi təzyiqlər göstərir, onu təsir dairəsinə salmağa çalışır”, - deyə Elşad Mirbəşiroğlu fikrini yekunlaşdırıb. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Bütün Xəbərlər