Trampdan G20 qadağası: CAR niyə "cəzalandırılır"?

Trampdan G20 qadağası: CAR niyə "cəzalandırılır"?
27.11.2025 13:39

ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasının (CAR) 2026-cı il Floridada keçiriləcək G20 sammitinə dəvət olunmayacağını bildirib. O, buna səbəb kimi Pretoriyanın son G20 toplantısında sədrliyi ABŞ nümayəndəsinə təhvil verməkdən imtina etməsini göstərib və Cənubi Afrika Respublikasını “ağlara qarşı soyqırım” iddiaları ilə tənqid edib. CAR Prezidenti Siril Ramafosa bu qərara təəssüflənib və ölkəsinin G20-də tamhüquqlu iştirakdan çəkilməyəcəyini vurğulayıb. Xatırladaq ki, Tramp, həmçinin, Cənubi Afrika Respublikasında keçirilən G20 tədbirini də boykot etmişdi.  


Maraqlıdır, Trampın CAR-ı G20-dən kənarlaşdırması ABŞ–Qlobal Cənub münasibətlərində yeni gərginlik mərhələsi başlada bilərmi və bu addım G20-də Qlobal Cənub–Qərb balansını hansı istiqamətə dəyişəcək?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Vaşinqtonun səsləndirdiyi iradlar daha çox formal bəhanə təsiri bağışlayır:

    

"Burada maraqlı bir məqam var, rəsmi Vaşinqton iddia edir ki, Cənubi Afrika Respublikası tərəfinin ABŞ nümayəndəsinə göstərdiyi münasibət adekvat olmayıb və hətta orada ağ irqin nümayəndələrinə qarşı müəyyən haqsızlıqlardan söz açılır. Lakin mən düşünürəm ki, bunlar daha çox bəhanə xarakteri daşıyır və əsas səbəbi əks etdirmir".   

Onun sözlərinə görə, əsl məsələ, ehtimal ki, Cənubi Afrika Respublikasının son illər xarici siyasətdə ABŞ-nin geosiyasi rəqibləri – Çin, Rusiya və İranla daha sıx əməkdaşlıq etməsi, Qərbin maraqlarına zidd addımlar atması ilə bağlıdır. O, əlavə edib ki, ABŞ-nin ən çox narahat olduğu və qıcıqlandığı məqam da məhz budur. 

Analitik, vurğulayıb ki, Qlobal Cənubun daha müstəqil davranmaq istəyi ABŞ ilə gərginliyi artırır: 


"Bu situasiyanı ABŞ–Qlobal Cənub münasibətlərində artan gərginlik fonunda da qiymətləndirmək olar. Qlobal Cənub ölkələri artıq daha müstəqil qərarlar vermək, öz maraqlarına uyğun hərəkət etmək istəyirlər; Qərbin, NATO-nun və ya ABŞ-nin diktəsi ilə davranmaq istəmirlər. Bu isə qarşılıqlı gərginliyi qaçılmaz edir".

Mübariz Göyüşlünün fikrincə, bu addım yeni bloklaşmaları təşviq edə bilər: 

"Növbəti mərhələdə ABŞ-nin Cənubi Afrika Respublikasının G20-də iştirakına məhdudiyyətlər yaratmaq cəhdləri və Pretoriyanın buna kəskin reaksiyası vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Bu addım Qlobal Cənub ölkələrinə qarşı sərt yanaşma kimi qəbul olunur və alternativ bloklaşmaların formalaşmasını təşviq edə bilər".

Ekspert sonda qeyd edib ki, Cənubi Afrika Respublikasının nümunəsində Qlobal Cənuba təzyiq göstərilməsi yeni siyasi konfiqurasiyaların yaranmasına, Qərbdən asılı olmayan yeni layihələrin və əməkdaşlıq formatlarının ortaya çıxmasına gətirib çıxaracaq. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər