Tramp gecə İrana zərbələri niyə dayandırdı? - SƏBƏBLƏR

Tramp gecə İrana zərbələri niyə dayandırdı? - SƏBƏBLƏR
12.06.2026 10:24

ABŞ-də bəzi media qurumları son saatlarda  “İrana qarşı planlaşdırılan hücum ləğv edilib” və “İran rəhbərliyi razılaşmanı təsdiqləyib” məzmunlu məlumatlar tirajlayır. 

Axios və CBS kimi nüfuzlu media orqanlarının bu xəbərləri sürətlə yayması  diqqət çəkir. Lakin regionda gərginlik hələ də yüksək səviyyədə qalır və buna görə də belə məlumatların ortaya çıxması təsadüfi deyil. 

Burada bir neçə mümkün ssenari nəzərdən keçirilə bilər:

Birinci ehtimal – sürpriz amilini qorumaq. Vaşinqton həqiqətən də hərbi variantdan imtina etməyib, sadəcə vaxt və taktikanı dəyişib. “Hücum ləğv edildi” mesajı qarşı tərəfdə müəyyən rahatlıq yaratmaq, diqqəti zəiflətmək və daha sonra gözlənilməz addım atmaq məqsədi daşıya bilər. Hərbi planlaşdırma baxımından bu, qeyri-adi yanaşma sayılmaz.

İkinci ehtimal – məsuliyyəti əvvəlcədən İranın üzərinə yönəltmək. Əgər yaxın günlərdə danışıqlar prosesi dalana dirənər və ya gərginlik daha da artsa, ABŞ tərəfi “biz geri çəkildik, lakin İran razılaşmaya əməl etmədi” arqumentini irəli sürə bilər. Bu isə beynəlxalq ictimai rəydə əlavə dəstək qazanmaq üçün istifadə olunan siyasi alətə çevrilə bilər.

Üçüncü və ən real görünən ssenari isə siyasi mesajdır. Tramp administrasiyası həm daxili auditoriyaya, həm də regional müttəfiqlərə “təzyiq nəticə verdi” görüntüsü təqdim etməyə çalışa bilər. “İran geri addım atdı və ABŞ-ın şərtlərini qəbul etdi” kimi bir narrativ Vaşinqton üçün siyasi dividendlər vəd edir.

Mövcud vəziyyət göstərir ki, “hücum ləğv edildi” xəbəri hərbi qərardan çox siyasi və informasiya manevri xarakteri daşıya bilər.  Açıq suallar qalır: proses həqiqətən diplomatik razılaşmaya aparır, yoxsa, növbəti eskalasiya mərhələsinə hazırlıqdır? Hərbi risk tam aradan qalxmış sayılmır və yaxın 24-48 saat ərzində baş verəcək hadisələr daha aydın mənzərə yaradacaq.

Jalə Rövşən 

XƏBƏR LENTİ
30 IYUL 2026
İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Bütün Xəbərlər