TALEYİ NAMƏLUM QALMIŞ ŞİRKƏT - "Lukoil"in qurtuluş şansı varmı?

TALEYİ NAMƏLUM QALMIŞ ŞİRKƏT - "Lukoil"in qurtuluş şansı varmı?
11.12.2025 12:35

ABŞ Maliyyə Nazirliyi "LUKOIL"in xarici aktivlərinin satışı əməliyyatlarının aparılmasına imkan verən lisenziyanı 17 yanvar 2026-cı il tarixinədək uzadıb. Müvafiq bildiriş Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən dərc edilib. 

ABŞ-nin tətbiq etdiyi güzəşt siyasəti "LUKOİL"in müəyyən qədər nəfəs almasına şərait yarada bilər. Ancaq buradakı əsas məsələ şirkətin bu vəziyyətdən necə çıxacağıdır. 

Birincisi, "LUKOİL" xarici aktivlərini satıb daha çox gəlir əldə edərək əməliyyatlarını davam etdirə bilər. Bu böhranın qısa müddətli yüngülləşməsinə kömək edəcək amildir. Ancaq bu olduqca riskli qərar ola bilər. Çünki nəticə etibarı ilə "LUKOİL"in  kiçilməsinə səbəb ola bilər. 

İkincisi, "LUKOİL"in daxili bazarlara fokuslanmasıdır. Şirkət Rusiya daxilində lahiyələrini gücləndirərək maliyyə vəziyyətini normallaşdıra bilər. Burda onun Rosneftlə toqquşması ehtimalı qaçılmazdır. Buna görə də ehtimal ki, "LUKOİL" daha çox ABŞ sanksiyalarından təsirlənməyən Çin və Hindistan kimi ölkələrə daha çox investisiya yatıracaq. 

Üçüncü variant isə itirilmiş bazarların əvəzində yeni bazarların tapılmasıdır. Məsələn, Qərbdəki bazarların əvəzinə "LUKOİL" Yaxın Şərq və Afrika ölkələrinə yönələ bilər. Bu şirkətin həm böyüklüyünü qoruyub saxlayacaq, həm də maliyyə vəziyyətinin daha da yaxşılaşmasına kömək edə bilər. Ancaq bu bir həqiqətdir ki, gələcəkdə ABŞ və Avropa İttifaqının daha sərt sanksiyalar qəbul etməsi "LUKOİL"in tamamilə küncə sıxışdırılması və şirkətin yeni tapdığı ortaqlarının ondan üz döndərməsinə gətirib çıxara bilər.

Zeynal Əmrəliyev

XƏBƏR LENTİ
01 AVQUST 2026
Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 Bütün Xəbərlər