Siyasi gedişlər enerji bazarlarının vəziyyətini necə dəyişdi? – ŞƏRH

Siyasi gedişlər enerji bazarlarının vəziyyətini necə dəyişdi? – ŞƏRH
10.03.2026 16:15

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) davam edən münaqişə zamanı regiondan ABŞ-yə və Vaşinqtonla əməkdaşlıq edən ölkələrə heç bir neft ixracına icazə verməyəcəyini elan edib. 

Maraqlıdır, enerji resurslarından siyasi təzyiq aləti kimi istifadə olunması beynəlxalq münasibətlərdə hansı yeni ittifaqlara və qarşıdurmalara səbəb ola bilər? 

Sözügedən məsələni politoloq Tofiq Abbasov TodayPress TV-yə şərh edib. 


Onun fikrincə, müşahidə olunan vəziyyət gərginliyi ilə seçilir: 

"Məsələ bundadır ki, iqtisadi blok yavaş-yavaş məhdudlaşdırılır. Əgər iqtisadi sistemdə enerji dövriyyəsi azalırsa, bu, əlbəttə ki, yaxşı nəticələr vəd etmir".    

Analitik diqqətə çatdırıb ki, müharibə vaxtında tərəflər istifadə edə biləcəyi hər bir alətdən yararlanırlar: 

"ABŞ hələ müharibə başlamamışdan əvvəl İranı sanksiyalarla əhatə edirdi. Yəni faktiki olaraq iqtisadi müharibə də elan edilmişdi və İran bunun nəticəsində çox dərin sıxıntılarla üzləşmişdi. Müharibə başlayandan sonra isə İranın xəbərdarlıqları mərhələli şəkildə reallaşmağa başladı. Əvvəlcə İran bildirdi ki, Amerikanın bütün hərbi bazaları bölgədəki qanuni hədəflər olacaq və onlar onlardan istifadə edərək zərbə endirəcəklər. Sonra Hörmüz boğazını bağlayacaqlarını dedilər və bunu da reallaşdırdılar, həmçinin orada xüsusi rejim tətbiq etməyə başladılar”.   

Politoloq əlavə edib ki, Amerikanın məsələyə yanaşması bir qədər subyektivdir:

“Çünki əgər özünüz 40–47 il ərzində İrana qarşı sanksiyalar siyasəti tətbiq etmisinizsə, indi İranın da buna cavab verməməsi nə qədər doğru olar? Təbii ki, İran bütün həssas proseslərin nəbzini tutaraq düşmənə zərbə endirməyə çalışır. Bundan əlavə, Amerikanın müttəfiqləri, o cümlədən avropalılar, əgər öz neft paylarını Körfəz bölgəsindən çıxarmaq istəyirlərsə, onlara yüksək tariflər tətbiq olunacaq; əks halda, çıxışa buraxılmayacaqlar. İranın bunu həyata keçirmək üçün həm hərbi, həm də texniki imkanları var”.

T.Abbasov vurğulayıb ki, nəticədə, neft bazarlarında qiymətlərin sıçrayışla artması artıq bütün dünyanı narahat edir:  


"Bu, ilk növbədə sadə insanlara təsir edir. Avropa və digər ölkələr neft ehtiyatları məhdud olduğu üçün idxala bağlıdır və dəyişikliklərin yükünü ağır şəkildə hiss edirlər. Onlara ən vacib olan budur ki, müharibənin nə zaman sona çatacağı aydın olsun və bu kritik vəziyyət yavaş-yavaş stabilləşsin".   

Onun sözlərinə görə, Donald Tramp da yaxşı anlayır ki, Amerika siyasətinin əsas elementlərindən biri enerji siyasətidir: enerji bolluğu, neft və qaz istehsalı, ixracatı və idxalı. Hələlik Amerika özünü təminatlı hiss edir, amma müharibə uzanarsa, onların da problemləri ortaya çıxa bilər.

Şərhçi sonda diqqətə çatdırıb ki, siyasi gedişlər enerji bazarlarının vəziyyətinə birbaşa təsir göstərir və hələ ki sabitləşdirici məqamlar çox azdır: 


“Tramp bildirib ki, müharibənin sonunu düşünür və yaxın zamanda mövqeyini açıqlaya bilər. Hazırda hamı səbirsizliklə bu anı gözləyir”. 

Qeyd edək ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara fevralın 28-dən başlayıb. Bu hadisə Tehran və Vaşinqton administrasiyaları arasında danışıqların davam etdiyi bir dövrə təsadüf edib.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Bütün Xəbərlər