Rusiya miqrantlara qarşı amansızlaşır, həftəlik tendensiyalar dəyişir?

Rusiya miqrantlara qarşı amansızlaşır, həftəlik tendensiyalar dəyişir?
21.04.2026 16:17

Rusiya mediası - 1TV, NTV, “Rossiya 24”, RIA Novosti, TASS, “İzvestiya”, “Lenta.ru”, “5TV” kimi aparıcı platformalar ötən həftə iki əsas qlobal böhranı və daxili təhlükəsizlik mövzularını ön plana çıxarıb.

TodayPress TV-nin araşdırmasına görə,  həftəlik “İtogi nedeli” proqramlarında və gündəlik xəbər buraxılışlarında əsas xətt Ukrayna ilə “xüsusi hərbi əməliyyat” və İran böhranı ilə Hormuz boğazı ətrafındakı gərginlik olub. Bu mövzular Rusiyanın irəliləyişi, Qərbin zəifliyi və yaranan iqtisadi imkanlar kimi təqdim edilib.

Ukrayna müharibəsi və Pasxa atəşkəsi həftənin ən çox diqqət çəkən mövzularından biri olub. Prezident Putin tərəfindən elan edilən 32 saatlıq birtərəfli atəşkəs Rus mediasında humanitar jest kimi göstərilsə də, Müdafiə Nazirliyi Ukrayna tərəfinin atəşkəsi dəfələrlə pozduğunu bildirib. Ukrayna isə öz növbəsində Rusiya qüvvələrini ittiham edib.

Bu dövrdə Rusiya ordusunun Ukraynanın arxa cəbhə infrastrukturuna dron və raket zərbələri endirdiyi, Ukrayna dronlarının isə Rusiya ərazisində hücumlar həyata keçirdiyi qeyd olunub. Rus mediası ümumilikdə SVO-nu strateji irəliləyiş kimi təqdim edir, Ukraynanı zəifləyən tərəf kimi göstərir və Qərbin dəstəyini effektiv olmayan faktor kimi qiymətləndirir. 

İran böhranı və Hörmüz boğazı ətrafındakı vəziyyət də həftənin əsas gündəmlərindən olub. ABŞ və İran arasında gərginlik, danışıqların qeyri-müəyyənliyi və dəniz təhlükəsizliyi ilə bağlı addımlar geniş işıqlandırılıb. Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında bəzi qərarlara veto verib. Rus mediasında bu proseslər Qərbin zəifləməsi və enerji bazarında Rusiyaya əlavə imkanların yaranması kimi təqdim edilib. Neft qiymətlərinin artması Rusiyanın iqtisadi maraqlarına uyğun inkişaf kimi qiymətləndirilib.

Daxili siyasətdə əsas diqqət miqrasiya siyasətinin sərtləşdirilməsi və təhlükəsizlik məsələlərinə yönəlib.

Deportasiya qaydalarının genişləndirilməsi müzakirə olunub. İqtisadi sahədə isə ABŞ-nin Rusiya neftinə dair bəzi sanksiya güzəştlərini uzatması müsbət siqnal kimi təqdim edilib. Eyni zamanda dron hücumları nəticəsində yaranan lokal problemlər də xəbər gündəminə daxil edilib. Digər mövzular arasında mədəni tədbirlər və regional hadisələr yer alıb.

Beynəlxalq kontekstdə NATO daxilində fikir ayrılıqları, ABŞ-nin ittifaqa təzyiqləri və bəzi Qərb ölkələrinin mövqeləri Rus mediasında Qərbin zəifliyi kimi təqdim edilib.

Ümumi olaraq ötən həftə Rus mediasında əsas xətt hərbi mövzuların üstünlüyü, Qlobal böhranların Rusiyaya yaratdığı imkanlar, anti-Qərb yanaşmasının güclənməsi və daxili sabitliyin vurğulanması ilə xarakterizə olunub. “İtogi nedeli” kimi proqramlarda bu mövzular əsasən rəsmi şərhlər üzərindən təqdim edilərək Rusiyanın qlobal dəyişikliklər fonunda mövqeyinin gücləndiyi ideyası ilə yekunlaşdırılıb.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Bütün Xəbərlər