Qərbi Zəngəzura qayıdış QORXUSU: Paşinyan niyə təşvişdədir?

Qərbi Zəngəzura qayıdış QORXUSU: Paşinyan niyə təşvişdədir?
12.03.2026 17:45

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində Qarabağdan köçən ermənilərə boş ümidlər verilməməli olduğunu bildirib.  


Onun sözlərinə görə, onlar Ermənistan vətəndaşlığı alaraq ölkədə daimi məskunlaşmalı və hökumətin hazırladığı köçürmə proqramından istifadə etməlidirlər.  

Sözügedən məsələni politoloq Tofiq Abbasov TodayPress TV-yə şərh edib.  


Qarabağ erməniləri kartından istifadə...

O, bildirib ki,  Nikol Paşinyanın bu çıxışı heç də təsadüfi deyil:

“Məsələ burasındadır ki, müxalifət seçkiöncəsi Qarabağ erməniləri kartından istifadə etməyə çalışır. Onlar Nikol Paşinyana qarşı – “Sən Qarabağı satdın” kimi saxta ittihamlarla çıxış edirlər. Müxalifət burada narazı kütlə seqmentindən istifadə etməyə çalışır. Müxalifət dedikdə əsasən Robert Köçəryan və Samvel Karapetyan nəzərdə tutulur. Düzdür, son vaxtlar Samvel Karapetyan bu məsələyə çox da diqqət yetirmir, amma Robert Köçəryan üçün bu, ən işlək siyasi silahdır və ondan istifadə etməyə çalışır”.   

Ekspert hesab edir ki, bu, Ermənistan hökumətinin imkanları çərçivəsində həll oluna biləcək bir məsələdir. 

“Baxmayaraq ki, beynəlxalq təşkilatlara və digər qüvvələrə müraciət edirlər ki, bu məsələnin həllində onlara dəstək versinlər. Paşinyanın əsas məqsədi maddi və resurs dəstəyini təmin etməkdir. Məsələnin ikinci tərəfi isə simvolikdir: Paşinyan bu məsələyə xitam verərək həm də Azərbaycana mesaj göndərir ki, azərbaycanlıların Qərbi Zəngəzura qayıdışı məsələsi də gündəmdən çıxsın. Nikol Paşinyan və onun komandası bu iki məsələ arasında bərabərlik işarəsi qoymaq istəyir.

Amma əslində bu iki məsələ eyni deyil. Birincisi, miqyas fərqlidir. Qarabağda 35–40 min erməni yaşayırdı və onlar könüllü şəkildə Azərbaycan ərazisini tərk etdilər. Azərbaycanlılar isə 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində ordan zorla qovulmuşdular, etnik təmizləmənin qurbanı olmuşdular. Onların torpaq və əmlakı, dədə-babadan qalma varidatları saxlanmışdı. Bu məsələlər eyni deyil”, - analitik əlavə edib. 

“Yeni hökumət qarşısında bu məsələ qaldırılmalıdır”

Politoloq xatırladıb ki, Qarabağ erməniləri çox sivil, sakit şəkildə, heç bir təhdid olmadan, təhlükəsiz formada Azərbaycan ərazisini tərk ediblər. Azərbaycanlılar isə 1990-cı illərin əvvəllərində zorla, təzyiq altında, hətta döyülərək ərazilərindən qovulublar.


"300 mindən çox insan etnik təmizləmənin qurbanı oldu. Bu, həm siyasi, həm də humanitar məsələdir. Çünki insanlar doğulduqları yerə qayıtmaq, əmlaklarına sahib çıxmaq hüququna malikdir. Bu hüquq bütün beynəlxalq qanunvericilikdə və humanitar prinsiplərdə təsbit olunub". 

Ekspert Ermənistanın iyun ayında keçiriləcək seçkilərindən sonra yeni hökumətin qarşısında bu məsələnin mütləq qaldırılmalı olduğunu qeyd edib: 


"Ermənistan tərəfi Avropa dəyərləri çərçivəsində məsələnin həllinə diqqətlə yanaşmalı və lazım gələrsə Azərbaycanla müzakirələr aparmalıdır ki, azərbaycanlılar təhlükəsizlikləri təmin olunmuş, mütəşəkkil şəkildə öz doğma yurdlarına qayıtsınlar. Xüsusilə də, həmin ərazilərdə artıq yaşayış yoxdur və boşluq nəticəsində tənəzzül müşahidə olunur". 

Analitik onu da əlavə edib ki,  Qarabağdan çıxmış ermənilər üçün qapılar açıqdır – əgər onların əlində qan izi yoxdursa, azərbaycanlılara qarşı zorakılıq etməyiblərsə, gəlib Azərbaycan vətəndaşlığını qəbul edə bilərlər. Paşinyan hökuməti isə artıq bu məsələni həll etmək öhdəliyini öz üzərinə götürüb və Avropa Parlamentində çıxışı zamanı bunu beynəlxalq birliyə çatdırır.  

Jalə Rövşən

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Bütün Xəbərlər