Qərbi Azərbaycan əyalətində dövlət qurulur? – YENİ SSENARİ

Qərbi Azərbaycan əyalətində dövlət qurulur? – YENİ SSENARİ
26.02.2026 18:30

Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən “Kingdom Assembly of Iran” (Tondar) ilə əlaqəli şəbəkələr İran Prezidenti Məsud Pezeşkianı Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə təmas qurmaqda ittiham edib.  


İddialara görə, ABŞ-nin mümkün bombardmanları nəticəsində İslam Respublikasının devriləcəyi təqdirdə İranın Qərbi Azərbaycan əyalətində “rump state” (məhdud əraziyə malik yeni dövlət qurumu) yaradılması ssenarisi müzakirə olunub.  

Maraqlıdır, bu iddialar  nə dərəcədə realdır ?  

Sözügedən mövzunu politoloq Tofiq Abbasov TodayPress TV-yə şərh edib. 


O, qeyd edib ki, hazırda İrana və İranın siyasi sisteminə qarşı mütəşəkkil formada fəaliyyət göstərən çoxsaylı təşkilatlar var. Bunlar həm siyasi, həm humanitar, həm ictimai, həm də ekoloji təşkilatlardır. 

"Rəsmi Tehrana qarşı sistemli şəkildə işləyən, onu çökdürmək istəyən qruplar, demək olar ki, özünəməxsus alyanslar yaradırlar. Bunların qayəsi ondan ibarətdir ki, birincisi, İranda hərc-mərclik və xaos yaratsınlar və bundan istifadə edərək rejimi çökdürsünlər. Onlar özləri də yaxşı başa düşürlər ki, bu çox çətin, hətta demək olar ki, mümkünsüz məsələdir. Çünki İran rejiminin cəmiyyətdə çox güclü dayaqları var". 

ƏHALİNİN ÇOXU REJİMİ DƏSTƏKLƏYİR

Ekspert diqqətə çatdırıb ki, araşdırmalar əhalinin çoxunun rejimi dəstəklədiyini göstərir:  

“İddialara görə, amerikalılar, israillilər, hətta avropalılar — ingilislər başda olmaqla — bildirirlər ki, guya İran əhalisinin 70 faizi Xamenei sisteminə qarşıdır və rejimin çökməsinə çox az qalıb. Deyirlər ki, guya bu qənaət sorğular nəticəsində əldə olunub. Amma əslində, həqiqətən qərəzsiz araşdırmalar və sorğular keçirən mərkəzlər bildirirlər ki, əksinə, İranda 70 faizdən artıq insan rejimin tərəfindədir. Onların sözünə inanmağa dəyər. Çünki İranda etirazlar tədricən iğtişaşlara keçdiyi anda Xamenei xalqa müraciət etmək imkanı tapdı. Həm İran inqilabının 47-ci ildönümü ilə bağlı, həm də sistemə dəstək məqsədilə insanları küçələrə çağırdı. Müxtəlif şəhərlərdə — Tehrandan başlayaraq İsfahanda, Məşhəddə, Şirazda və digər şəhərlərdə çoxsaylı mitinqlər keçirildi və həmin mitinqlərdə səslənən şüarlar hakimiyyətin xeyrinə idi. Deyilənə görə, bir gündə 27 milyondan artıq insan küçələrə çıxaraq öz sədaqətini ifadə edib”. 

 

İDDİALAR SƏBƏBSİZ DEYİL

T.Abbasov vurğulayıb ki, İngiltərədə qərarlaşmış həmin təşkilatın fəaliyyəti və onun casusluq, təxribatçılıqla bağlı iddiaları səbəbsiz yerə ortaya atılmayıb:

"Bu, hibrid müharibənin tərkib hissəsidir. Müxtəlif təxribatlar, şayiələr və qurama mexanizmlərlə insanların etimadını qazanmağa və onları inandırmağa çalışırlar ki, guya hökumət dürüst deyil, vətəndaşlara həqiqət əvəzinə yalan təqdim edir və sair". 

Politoloqun qənaətincə, İsrailin, Amerikanın, İngiltərənin və digər Qərb dövlətlərinin “fake news” sistemi elə bir vəziyyət yaradıb ki, İranda tərəddüd edənlər də artıq hakimiyyətin yanında yer alıblar.Bu səbəbdən bu yolla  İranı çökdürmək mümkün olmayacaq. Nə dövlət parçalanacaq, nə də rejim çökəcək.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər