"Qaqauziya və Dnestryanı sakit durmayacaq" — Moldovanı nə gözləyir?

"Qaqauziya və Dnestryanı sakit durmayacaq" —  Moldovanı nə gözləyir?
16.03.2026 17:25

Moldova hökuməti MDB-nin təsis müqavilələrindən - Birlik Sazişi, Nizamnamə və Almatı Bəyannaməsindən çıxmasını təsdiqləyib.


Bildirilib ki, rəsmi Kişinyov bu addımı Avropa İttifaqına (Aİ) inteqrasiya strategiyasının tərkib hissəsi kimi qiymətləndirir və 283 sazişin böyük hissəsini artıq qüvvədən düşmüş hesab edir.  

Lakin Rusiya tərəfi və bəzi regional ekspertlər (məsələn, Yuri Samonkin) xəbərdarlıq edirlər ki, bu addım Moldovanın suverenliyi üçün ciddi fəsadlar doğura bilər. Xüsusilə MDB-dən uzaqlaşma və Rumıniya ilə yaxınlaşma cəhdlərinin Dnestryanı və Qaqauziya bölgələrində kəskin etirazlara, hətta ölkənin yeni bir parçalanma fazasına daxil olmasına səbəb olacağı iddia edilir.  


Maraqlıdır, Moldovanın MDB-ni tərk etməsi onu mütləq şəkildə Gürcüstan və Ukraynanın keçdiyi ağrılı (müharibə və ərazi itkisi) ssenariyə sürükləyirmi?   

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami bildirib ki, Moldova hökümətinin MDB çərçivəsində imzalanmış sazişlərin ləğvi prosesinə başlaması ölkənin xarici siyasət kursunda strateji dönüşün davamı kimi dəyərləndirilə bilər:


“Çünki rəsmi Kişinyov belə bu addımı Avropaya inteqrasiyanın tərkib hissəsi kimi təqdim edir və bununla da postsovet institusional idarəetmə mexanizmlərindən uzaqlaşmağı, Avropa İttifaqı ilə siyasi, iqtisadi və hüquqi yaxınlaşmanı sürətləndirir. Bütün bunların fonunda düşünürəm ki, rusiyalı analitiklərin, o cümlədən Yuri Samonkinin “Qaqauziya və Dnestryanı sakit durmayacaq” ifadəsi siyasi mesaj kimi təhdiddən o tərəfə keçmir. Samonkin bu mesajı ilə Moskvanın Moldovadakı daxili regional balansının həssaslığını xatırladır. Çünki onlar Qaqauziya və Dnestryanı regionlarını tarixən Rusiyaya daha yaxın siyasi və mədəni orientasiyaya malik sayır və ölkənin qərbyönlü kursuna da şübhəli, skeptik yanaşırlar. Ona görə də belə bəyanatları rusiyalı siyasilərdən eşitmək təəccüb doğurmur. Görünən də budur ki, Moldovanın MDB-dən və ümumilikdə postsovet siyasi məkanından uzaqlaşması bu regionlarda separatçı və ya muxtariyyətçi tendensiyaları yenidən gücləndirə bilər”.

“MDB-dən uzaqlaşma və Rusiyanın mesajları”

Politoloq qeyd edib ki, bu cür açıqlamalar həm də informasiya və siyasi təsir aləti kimi istifadə olunur:


“Adətən bu açıqlamalar həm də informasiya və siyasi təsir aləti kimi istifadə olunur. Bu gün Rusiya siyasi dünyadan təcrid olunma mərhələsindədir, müttəfiqləri müharibə şəraitindədir. Xüsusilə də rəsmi Moskvanın postsovet məkanında inteqrasiya strukturlarının zəifləməsi geosiyasi itki kimi qəbul edilir. Məhz bu səbəbdən də MDB məkanından uzaqlaşma addımlarının daxili sabitlik üçün risk yarada biləcəyinin vurğulanması, üstəlik də Rusiya tərəfindən, həm Moldovaya, həm də regionda Qərbə inteqrasiyaya doğru addımlayan digər dövlətlərə mesajdır”.

“Moldova üçün əsas risk faktorları” 

T.Qulaminin sözlərinə görə, Moldovanın MDB-ni tərk etməsi avtomatik olaraq Gürcüstan və ya Ukrayna kimi ssenarilərin təkrarlanacağı anlamına gəlmir:

“Lakin zənnimcə, Moldovanın MDB-ni tərk etməsi avtomatik olaraq Gürcüstan və ya Ukraynadakı kimi hərbi qarşıdurma və analoji ərazi itkisi ssenarisinə sürüklənəcəyi anlamına gəlmir. Çünki adını çəkdiyim ölkələrin yaşadığı proseslər tarixi, təhlükəsizlik və geosiyasi faktorların acı nəticəsi idi. Məsələn, 2008-ci ildə Rusiya–Gürcüstan müharibəsi, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu (bir növ işğalı), daha geniş regional qarşıdurmaların tərkib hissəsi idi və bunlar yalnız MDB üzvlüyü məsələsi ilə izah edilə bilməz. 


Bu gün Moldova üçün əsas risk faktorları daha çox ölkə daxilindəki həssas regionların siyasi statusu, təhlükəsizlik balansı və xarici güclərin təsir imkanları ilə bağlıdır. Əgər rəsmi Kişinyov Qaqauziya və Dnestryanı ilə dialoq mexanizmlərini qoruyub saxlaya, sosial-iqtisadi inteqrasiyanı gücləndirə və beynəlxalq tərəfdaşlarla koordinasiyalı siyasət yürüdə bilərsə, gözlənilən gərginlikləri idarə etmə ehtimalı yüksəkdir”.

“Regionda yeni balans axtarışı”

Ekspert vurğulayıb ki, Moldovanın MDB-dən uzaqlaşması regionda geosiyasi rəqabəti artıran addım kimi görünə bilər:

“Beləliklə də, Moldovanın MDB-dən uzaqlaşması regionda geosiyasi rəqabəti artıran addım kimi görünə bilər, lakin bu prosesin mütləq şəkildə hərbi eskalasiya və ya ərazi parçalanması ilə nəticələnəcəyi barədə qəti proqnoz vermək doğru olmaz. Bu gün Rusiyaya növbəti müharibə ocağı yaratmaq hələlik lazım deyil. Daha real qiymətləndirmə ondan ibarətdir ki, ölkə yeni balans axtarışına daxil olur və bu balansın necə formalaşacağı yuxarıda qeyd etdiyim kimi həm daxili siyasi idarəetmədən, həm də böyük güclər arasındakı münasibətlərdən asılı olacaq”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Bütün Xəbərlər