Proqnoz: ABŞ-Yaponiya münasibətlərində yeni mərhələ başlayır

Proqnoz: ABŞ-Yaponiya münasibətlərində yeni mərhələ başlayır
25.09.2025 15:47

ABŞ Prezidenti Donald Tramp oktyabrın sonunda Yaponiyaya səfər etməyi planlaşdırır. 

Hazırda səfərin dəqiq tarixləri razılaşdırılır.

Trampın oktyabrın 31-dən noyabrın 1-dək Cənubi Koreyada keçiriləcək “APEC” sammitinə gedərkən Yaponiyada dayanacağı gözlənilir.

Bu, Trampın ikinci prezidentlik dövründə Yaponiyaya ilk səfəri olacaq. 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi Polad Mehdiyevin sözlərinə görə, səfər ABŞ-Yaponiya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

"Gözləntilər əsasən üç istiqamətdə cəmlənir. İlk növbədə, ticarət məsələləri gündəmdə olacaq. İyulda razılaşdırılmış 15%-lik tarif tavanı və böyük həcmli investisiya paketi müzakirə ediləcək. Yaponiyanı xüsusilə avtomobil, polad və alüminium sahələrində əlavə güzəştlər gözləyir".

Analitikin sözlərinə görə, digər mühüm mövzu iqtisadi təhlükəsizlikdir. Çiplər, dərman preparatları, kritik minerallar və enerji sahəsində ABŞ istehsalının dəstəklənməsi, həmçinin yeni texnoloji layihələrdə Yapon kapitalının iştirakı nəzərdə tutulur.

Müdafiə və regional sabitlik məsələsinə toxunan ekspert bildirib ki, Şimali Koreya təhdidləri, Tayvan boğazı və Şərqi Çin dənizində vəziyyətlə bağlı əməkdaşlığın gücləndirilməsi, Yaponiyanın yeni raket və müdafiə imkanlarına ABŞ-nin dəstəyinin artırılması gözlənilir.

"Səfər çərçivəsində konkret sənaye layihələri, yeni müdafiə proqramları və ABŞ-Yaponiya-Cənubi Koreya üçtərəfli mexanizmlərinin irəlilədilməsi ilə bağlı açıqlamalar verilə bilər. Bununla yanaşı, Çin faktoruna qarşı balanslı siyasət də vacib hesab olunur".

Ümumilikdə Trampın Tokio səfəri Vaşinqtonla Tokionun həm iqtisadi, həm də təhlükəsizlik müstəvisində əməkdaşlığını dərinləşdirmək üçün mühüm siqnal kimi qiymətləndirilir.

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Proqnoz: ABŞ-Yaponiya münasibətlərində yeni mərhələ başlayır — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
"Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Bütün Xəbərlər