Politoloq: "Ermənistan kəşfiyyat müharibəsinə hazırlaşır"

Politoloq: "Ermənistan kəşfiyyat müharibəsinə hazırlaşır"
18.12.2025 14:26

Ermənistan parlamenti “Milli Təhlükəsizlik Orqanları haqqında” qanuna edilən düzəlişləri qəbul edərək MTX-nin nəzdində xarici əks-kəşfiyyat xidmətinin yaradılmasına razılıq verib. Yeni strukturun əsas vəzifələrindən biri Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyini təmin etmək olacaq. Maraqlıdır, Ermənistan niyə bu addımı atdı?Bu  İrəvanın xarici təhlükəsizlik risklərinin artdığını göstərirmi? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Əziz Əlibəyli bildirib ki, bu təhlükəsizlik sahəsində struktur islahatı kimi qiymətləndirilə bilər:


"Addımın səbəbləri nədir? Bu, kifayət qədər mühüm sualdır. Ermənistan parlamentinin “Milli Təhlükəsizlik Orqanları haqqında” qanuna əsasən xarici əks-kəşfiyyat xidmətinin yaradılmasına razılıq verməsinə struktur islahatı kimi baxmaq olar".

Ekspert qeyd edib ki, Ermənistan beynəlxalq imicini dəyişmək istəyir:

"Diplomatik şəxslərin qorunmasının əsas vəzifə kimi müəyyənləşdirilməsi diqqət çəkir. Görünür, Ermənistan bu addımı müəyyən mənada təbliğat alətinə çevirməyə çalışır ki, Azərbaycanla apardığı müharibə və işğal mövzusunu arxa plana keçirsin, əvəzində isə özünü “diplomatik dövlət” kimi təqdim etsin".

Onun sözlərinə görə, diaspor və regiondakı gərginlik əlavə risklər yaradır:

"Xarici istiqamətdə risklər varmı? Düşünürəm ki, Ermənistanın geniş diaspor şəbəkəsi var və bu şəbəkə vahid, mərkəzləşmiş struktur deyil. Ermənistanın apardığı xarici siyasət fonunda daxili siyasi strategiyadan da görünür ki, Nikol Paşinyan hakimiyyəti diaspor daxilində mövcud olan ciddi təzyiq və təhdidlərlə üz-üzədir. Təbii ki, bu amil Ermənistanın təhlükəsizlik axtarışlarını gücləndirir və regiondakı gərginlik fonunda ölkə daxilində də müxtəlif risk qruplarının mövcudluğunu göstərir".

Əziz Əlibəyli sonda əlavə edib ki, Ermənistan kəşfiyyat müharibəsinə hazırlaşır: 

"Ən vacib məqam isə ondan ibarətdir ki, Ermənistan faktiki olaraq kəşfiyyat müharibəsinə qoşulmağa çalışır. Bölgədə artan informasiya müharibəsi, kəşfiyyat fəallığı və regional toqquşmalar Ermənistanı mümkün ssenarilərə hazır olmaq zərurəti ilə üzləşdirir. Görünür, bu addım da məhz özünü həmin proseslərə hazırlamaq cəhdi kimi qiymətləndirilməlidir". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bütün Xəbərlər