Pekindən Rusiyaya dəstək, yoxsa TƏLƏ? – SON 4 İLDƏ İLK

Pekindən Rusiyaya dəstək, yoxsa TƏLƏ? –  SON 4 İLDƏ İLK
24.02.2026 15:27

KİV-də yayımlanan məlumatlara görə, Çin Belarusda Rusiya üçün sursat fabriki inşa edir. Bununla da Pekin son 4 ildə ilk dəfə Rusiyaya bu cür açıq dəstək vermiş olur.  

Sözügedən məsələni politoloq Natiq Miri TodayPress TV-yə şərh edib.


O, qeyd edib ki, iddialar həqiqəti əks etdirirsə, geosiyasi gərginlik fonunda bu sadəcə Rusiya və Belarusa dəstək deyil, eyni zamanda Avropaya hərbi təhdid yaradır: 

“Bu həm də çox ciddi bir mesajdır. Çünki iqtisadi, ticarət, tarif müharibələrinin getdiyi bir zamanda, xüsusilə də bu məsələni tətikləyən ABŞ-nin təhdidedici qərarları fonunda Çin Avropa Birliyi ilə daha da yaxınlaşma siyasətini yürüdür. Bu kontekstdə Böyük Britaniya, Fransa, Almaniya kimi aparıcı dövlətlərin, Avropa dövlətlərinin rəhbərlərinin son Çin səfərlərini düşünün”.

Analitik vurğulayıb ki, bu məlumat böyük bir nonsens yaradır: 

"Adətən Çin bu cür təhlükəli addımlar, birtərəfli qaydada təhlükəli addımlar atmır. Çünki belə bir vəziyyət Avropa Birliyini Çinə qarşı yönəldəcək bir addımdır. Və indiki vəziyyətdə Çin rəhbərliyi heç vəchlə istəməz ki, AB kimi qlobal iqtisadi gücü özünə qarşı qoysun. Çünki Avropa Çin üçün çox böyük bazardır".

Ekspertin fikrincə, indiki vəziyyətdə Avropa Birliyi ilə Amerika arasında parçalanmanı və fikir ayrılıqlarını daha da böyütmək, bu iki gücü bir-birindən ayırmaq və Avropa bazarında daha çox iştirak etmək üçün Çin AB ilə münasibətləri strateji tərəfdaşlığa yönəlik şəkildə inkişaf etdirməkdə maraqlıdır.


"Ona görə də bu məlumatı doğru saymıram. Bu baxımdan da bu informasiyadan irəli gələn konkret uzağa gedən nəticələr də çıxartmaq istəmirəm. Çünki dünyada bu gün yalançı məlumatlar, dezinformasiyalar ayaq tutub yeriyir. Sadəcə ayaq tutmur, yeriyir. Və bu kontekstdə maraqlı olan müxtəlif geosiyasi güclər var və o güclərin başında da Rusiya kimi yalan institutları olan bir dövlət dayanır".

N.Miri yekun olaraq əlavə edib ki, bu məlumat  düşünülmüş və qlobal güclər arasında münasibətləri pozacaq bir dezinformasiyadır.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Bütün Xəbərlər