Paraddan mesaj: Azərbaycan zəfəri birlik və gücün nümayişidir

Paraddan mesaj: Azərbaycan zəfəri birlik və gücün nümayişidir
10.11.2025 17:20

“Qardaş Türkiyə və Pakistanın hərbi paradda iştirakı dövlətlərimizin birliyinin və gücünün göstəricisidir. Bu parad bir daha nümayiş etdirdi ki, Azərbaycan qalib dövlətdir və onun Türkiyə və Pakistan kimi güclü dostları var”. 

Milli Məclisin deputatı Elman Nəsirov bunu noyabrın 8-də tarixi zəfərimizin beşinci ildönümünə həsr edilmiş hərbi paradı şərh edərkən TodayPress TV-yə bildirib. 


O vurğulayıb ki, bu parad tarixi qələbəmizdən sonra keçirilən sayca üçüncü hərbi paraddır. 2021-ci il dekabrın 10-da Bakıda Qələbə paradı, 2023-cü ildə isə suverenliyimizin tam bərpasından sonra Xankəndində hərbi parad təşkil olunmuşdu. Bu il isə qələbəmizin beşinci ildönümünü yüksək səviyyədə hərbi paradla qeyd etdik. 

“2021-ci ildə keçirilən paradda olduğu kimi, bu dəfə də qardaş Türkiyə hərbçiləri iştirak etdilər. İlk dəfə olaraq qardaş Pakistan dövlətinin hərbçiləri də paradda təmsil olundu. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı üç ölkə arasında qardaşlığın, dostluğun və müttəfiqliyin bariz nümunəsi idi. Bu, bütün dünyaya aydın mesaj verdi ki, Azərbaycan tək deyil, onun yanında NATO-da ikinci ən güclü orduya malik Türkiyə və müsəlman dünyasının yeganə nüvə dövləti olan Pakistan dayanır". 


Millət vəkili həmçinin qeyd edib ki, hazırda BMT Baş Məclisində təmsil olunan 193 dövlətdən yalnız doqquzu nüvə silahına malikdir və onlardan biri də Azərbaycanın müttəfiqi olan Pakistan İslam Respublikasıdır. Hərbi parad bu mənada dünyaya birliymizin və hərbi əməkdaşlığımızın gücünü nümayiş etdirdi. 

O, Prezident İlham Əliyevin hərbi paraddakı çıxışını üç əsas istiqamət üzrə qiymətləndirib: 

“Birinci istiqamət tarixi zəfəri şərtləndirən amillərlə bağlı idi. Dövlət başçısı qardaş Türkiyə və Pakistanın müharibə dövründə göstərdiyi mənəvi və siyasi dəstəyi xüsusi qeyd etdi. Cənab Ərdoğanın “Azərbaycan tək deyil, yanında Türkiyə dövləti var” ifadəsi bütün dünyaya ciddi mesaj oldu. Həmçinin Pakistanın ilk dəqiqələrdən göstərdiyi dəstək hər zaman Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir”, - deyə o bildirib. 

E.Nəsirovun sözlərinə görə, güclü müttəfiqlərə malik olmaq qələbəmizin əsas şərtlərindən biri idi.  

“Prezident vurğuladı ki, 2003-cü ildə dövlət başçısı seçildiyi gündən bəri qarşısında duran birinci vəzifə torpaqlarımızı işğaldan azad etmək idi. Azərbaycan bu məqsədlə illər ərzində sistemli şəkildə hazırlaşdı – güclü iqtisadiyyat quruldu, siyasi müstəqillik təmin edildi, güclü ordu formalaşdı. Son yeddi ildə isə vətənpərvərlik ruhunda bir gənclik yetişdirildi. Bütün bu amillər sayəsində xalqımız 30 illik həsrətə son qoydu, alnındakı xəcalət təri silindi və tarixi ədalət bərpa olundu”. 


O, Prezidentin nitqinin ikinci hissəsindən danışarkən müharibə dövrünün reallıqlarına toxunub: 

“Prezident bildirdi ki, Ermənistanda 12 mindən çox fərari qeydə alındığı halda, Azərbaycan əsgərləri döyüşlərdə yalnız irəli getdi, bir nəfər də fərari olmadı. Azərbaycan ordusu 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. Şuşanın azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bununla da Azərbaycan tarixi zəfərini reallaşdırdı. 2023-cü ildə Xankəndində separatizmin kökü tam kəsildi və Azərbaycan bayrağı bütün ərazilərdə dalğalanmağa başladı. Beləliklə, ölkəmizin təkcə ərazi bütövlüyü deyil, həm də suverenliyi tam təmin olundu ki, son 80 ildə bu miqyasda uğura nail olmuş ikinci bir xalq göstərmək mümkün deyil”. 

Millət vəkili qeyd edib ki, nitqin üçüncü hissəsi postmüharibə dövrünün reallıqlarını əhatə edirdi. Burada ilk növbədə Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması prosesindən söhbət gedirdi. O, həmçinin vurğulayıb ki, 2021–2024-cü illərdə bu məqsədlə 19 milyard manat xərclənib, 2025-ci ildə 4 milyard manat ayrılıb, 2026-cı ildə isə əlavə 3,5 milyard manat ayrılması planlaşdırılır.  

“Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması prosesi bizim üçün strateji vəzifədir və bu istiqamətdə çox ciddi işlər gedir. Artıq 60 mindən çox soydaşımız Qarabağ və Şərqi Zəngəzurda yaşayır, işləyir və təhsil alır. Bu, böyük uğurdur və dövlətin strateji məqsədlərinə uyğun olaraq davam etdiriləcək”. 


E.Nəsirov sonda bildirib ki, qardaş Türkiyə və Pakistanın siyasi liderləri də Azərbaycanın tarixi zəfərinə yüksək qiymət veriblər. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 Bütün Xəbərlər