Özünü qoruya bilən dövlət sülh bağlamağa da qadirdir — Ramiz Yunus

Özünü qoruya bilən dövlət sülh bağlamağa da qadirdir — Ramiz Yunus
12.02.2026 10:09

“Cənubi Qafqaz iki yüz ildən artıq müddətdə inkişaf regionu deyil, yad güclərin oyun meydanı olub. Burada imperiyalar müharibə aparıb, sərhədləri yenidən cızıb, xalqların başı üzərindən müqavilələr imzalayıb, cəmiyyətləri qarşı-qarşıya qoyub və arxalarında gecikdirilmiş partlayış effekti yaradan “minalar” buraxıblar”.


TodayPress TV xəbər verir ki, bu fikirləri Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus öz “Facebook” hesabında yazıb. 

Professor bildirib ki, Rusiya imperiyası, İran, daha sonra sovet mərkəzi regionu öz böyük strategiyalarının alətinə çevirib və münaqişə uzun illər idarəolunan qeyri-sabitlik modeli kimi istifadə olunub:

“Məhz buna görə bu gün Azərbaycan və Ermənistan arasında baş verənlər sadəcə sülh prosesi deyil. Bu, imperiya irsinin demontajıdır. 2020-ci ildə Azərbaycan tarixin axarını dəyişdi. Bəyanatlarla, qətnamələrlə, mərhəmətə çağırışlarla yox, real güclə. Azərbaycanın bütün əraziləri üzərində nəzarəti bərpa etməsi Cənubi Qafqazda onilliklər boyu “alternativsiz” kimi təqdim olunan əvvəlki status-kvonu tamamilə dağıtdı. “Güc vasitəsilə sülh” konsepsiyası artıq nəzəriyyə olmadı, fakta çevrildi. Döyüş meydanındakı qələbə diplomatiyanın dilini dəyişdi. Onsuz heç bir danışıqlar mümkün olmazdı. Bu, bütün postsovet məkanı üçün əsas dərsdir”.

Politoloq vurğulayıb ki, zəiflik nə hörmət doğurur, nə də sabitlik yaradır:

“Zəiflik müdaxiləyə təhrik edir, münaqişəni konservasiya edir. Ukrayna, Gürcüstan, Moldova — hamısı dondurulmuş böhranların məhz nəzarət məqsədilə yaradıldığı reallıqda yaşayırlar. Yalnız güclü dövlət, konsolidasiya olunmuş cəmiyyət və döyüş qabiliyyətli ordu sülh üçün şərait yaradır. Azərbaycanın uğuru bunun əyani sübutudur”.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında əldə olunan sülh uzun illər münaqişəni idarə edən güclərə ciddi zərbədir:


“Rusiya təsirini böhranlarda vasitəçilik üzərindən qururdu, İran isə gərginliyi qoruyaraq balans yaradırdı. ABŞ-nin fəal rolu ilə əldə olunan sülh köhnə imperiya modelinin təsir məkanının birbaşa daralması deməkdir. Qonşular birbaşa razılığa gəldikdə “böyük qardaş”a ehtiyac qalmır”.

Ramiz Yunus qeyd edib ki, Azərbaycan parlamentinin Naxçıvan Konstitusiyasına dəyişikliklə bağlı Moskva və Qars müqavilələrinin denonsasiyasını nəzərdə tutan qərarı prosesə xüsusi tarixi məna verir:

“Yüz il əvvəl regionun taleyi imperiya bölgüsü məntiqi ilə müəyyən edilirdi. Bu gün Azərbaycan həmin müqavilələrin dövrünün başa çatdığını nümayiş etdirir. Bu, regionun obyekt deyil, subyekt kimi çıxış etdiyi yeni mərhələnin simvolik və siyasi ifadəsidir. Yüz ildən sonra tarixi hesab bağlanır”.

Professor əlavə edib ki, güc yalnız köhnə razılaşmalardan imtina ilə deyil, sülh təklif etmək bacarığı ilə də ölçülür:

“Rəsmi Bakı qalib kimi əl uzatdı və İrəvanda bu əl qəbul edildi. Bu zəiflik deyil, strateji hesablamadır. Çünki həqiqi sülhü gələcək qarşıdurmanın qiymətini anlayan dövlətlər bağlayır”.

Analitik bildirib ki, münaqişə üzərindən siyasi kapital qazanan dairələrin narahatlığı da məhz bununla bağlıdır:

“İllərlə sərt ritorika üzərində karyera quran siyasətçilər birdən “dəyərlər”dən danışmağa başladılar. Amma dəyərlər seçmə ola bilməz. Yüz minlərlə azərbaycanlı öz torpaqlarından qovularkən bu səslər harada idi? Əgər insan hüquqları universaldırsa, mərhəmət də universal olmalıdır. Əks halda bu, əxlaq deyil, təzyiq alətidir”.

O, separatizm məsələsində də ikili standartların tətbiq olunduğunu vurğulayıb:

“Madrid Kataloniya liderlərini təqib edəndə bu, hüququn aliliyi sayılırdı. Lakin Azərbaycan konstitusiya quruluşunu müdafiə edəndə fərqli standartlar ortaya çıxır. Ərazi bütövlüyü ya prinsipdir, ya da boş bəyanat”.

Ramiz Yunus Ermənistanın Baş nazirinin suverenliklə bağlı bəyanatlarına toxunaraq üçüncü ölkələrin müdaxilə cəhdlərini də tənqid edib:


“Əgər xarici siyasət prioritetləri Ermənistanın öz təhlükəsizlik və suverenlik maraqları ilə müəyyən olunmalıdırsa, üçüncü ölkələr hansı hüquqla başqa gündəm sırımağa çalışırlar? Suverenlik — müstəqil qərar vermək hüququdur. Ermənistan dövlətindən daha “ermənipərəst” olmaq mümkün deyil”.

Politoloq sonda qeyd edib ki, Bakı ilə İrəvan arasında sülh Ermənistan–Türkiyə münasibətlərinin normallaşmasına və regionun daimi gərginlik rejimindən çıxmasına gətirib çıxaracaq:

“Bu, cəbhə xətləri əvəzinə nəqliyyat dəhlizləri, səngərlər əvəzinə iqtisadi qarşılıqlı asılılıq deməkdir. Sülh köhnə sxemləri dağıdır və daimi münaqişə üzərində mövcud olanları mənasız edir. Cənubi Qafqaz bu gün göstərir ki, özünü qoruya bilən dövlət sülh bağlamağa da qadirdir. Regionda imperiya dövrü bəyanatlarla yox, real qərarlarla başa çatır. Bu gün regionda güc var və deməli, həqiqi sülh şansı da var”.

Professor fikrini Fransada Beşinci Respublikanın qurucusu və 1-ci prezidenti Şarl de Qollun sözləri ilə yekunlaşdırıb:

“Güc olmadan siyasət yalnız xoş niyyətdir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Bütün Xəbərlər