"Orban səmimidirsə, özünü Ukraynanın yerinə qoysun!" – Politoloq

"Orban səmimidirsə, özünü Ukraynanın yerinə qoysun!" – Politoloq
23.02.2026 20:20

“Ukraynanın planı müharibənin dayanmamasıdır. Çünki Kiyevdə yaxşı başa düşürlər ki, müharibə bitsə, Ukraynanın maliyyələşdirilməsi də dərhal dayanacaq”.  

Bunu Macarıstanın baş naziri Viktor Orban özünün "X" sosial şəbəkəsindəki hesabında bildirib. 

Maraqlıdır, müharibənin uzanmasının tərəflər üçün siyasi və iqtisadi dividendləri varmı? Əgər varsa, bu hansı aktorlar üçün daha aktualdır?

VETO HÜQUQUNDAN İSTİFADƏ 

Mövzunu TodayPress TV-yə politoloq Elçin Xalidbəyli şərh edib. 


Analitik qeyd edib ki, Macarıstanın Baş naziri Viktor Orban əsasən rusiyayönümlü mövqe tutması ilə diqqəti çəkir: 

“Əksər hallarda Avropa Birliyinin Ukraynaya dəstək vermək üçün hazırladığı qərarlara müqavimət göstərir, hətta bəzi hallarda veto hüququndan belə istifadə edir. Eyni zamanda Avropa Birliyinin Rusiyaya qarşı sanksiya siyasətini də sərt şəkildə tənqid edir və sanksiya paketlərini əngəlləməyə çalışan addımlar atır. 

Yəni, faktiki olaraq Macarıstan Rusiyanın Avropa Birliyi daxilindəki yaxın müttəfiqi kimi davranır. Ona görə də Orbanın açıqlamaları mövcud situasiyaya qətiyyən adekvat deyil, eyni zamanda beynəlxalq hüquq normalarını da təmsil eləmir”.

ORBANIN GÜNAHLANDIRMASI QƏRƏZLİDİR

Ekspert bildirib ki, Orbanın Ukraynanı savaşı uzatmaqda günahlandırması qərəzlidir: 

"Çünki indiki mərhələdə savaşı uzadan Ukrayna yox, məhz Rusiyadır. Ukraynanın ərazilərini işğal edən Rusiyadır və Rusiya Ukrayna ərazilərini azad etməkdən imtina edir. Müharibənin dərhal bitməsinin ən asan və hüquqi yolu ondan ibarətdir ki, Rusiya işğal etdiyi Ukrayna ərazilərini geri qaytarsın və bununla da məsələ böyük ölçüdə həll olunsun". 

MACARISTANIN ZİDDİYYƏTLİ SİYASƏTİ


E.Xalidbəyli onu da vurğulayıb ki, Viktor Orbanın Rusiyaya loyal, Ukraynaya isə tənqidi mövqe sərgiləməsi Macarıstanın ziddiyyətli siyasətini göstərir: 

"Ancaq nədənsə Viktor Orban Rusiyaya bu barədə qətiyyən irad bildirmir. Əksinə Rusiyanı dəstəkləyir, amma Ukraynanı öz ərazilərini müdafiə etdiyinə görə, öz ərazilərini Rusiyaya güzəştə getmədiyinə görə tənqid edir. Rusiyadan təbii qaz almaq üçün Ukraynanı hədələyir ki, "Drujba" qaz kəmərinin fəaliyyətini bərpa eləsin. Yəni, Macarıstanın çox qəribə bir mövqeyi var". 

SİYASİ EMPATİYA

Politoloq Macarıstanın siyasi empatiya qurmalı olduğunu diqqətə çatdırıb:

"Əgər Orban doğrudan da səmimidirsə, onda Macarıstanı Ukraynanın yerinə qoymalı idi. Rusiya Macarıstanın ərazilərini işğal etmiş olsaydı, o bir baş nazir kimi “Macarıstanın ərazilərini Rusiyaya verərdimi?” kimi bir suala cavab verməli olacaqdı". 

O, əlavə edib ki, digər tərəfdən Orbanın savaş bitəcəyi təqdirdə Ukraynaya yönəlik maliyyə yardımlarının dayanacağı ilə bağlı yanaşma tərzi də yanlışdır. Çünki Avropa Birliyi Ukraynanı qismən üzvlüyə qəbul etmək niyyətini artıq bəyan edib, halbuki Orban bu niyyətə də etiraz edir. Əgər Avropa Birliyi bu niyyətini reallaşdırarsa, savaş bitsə də, bitməsə də Ukrayna AB-dən maliyyə dəstəyini almaqda davam edəcək. 

E.Xalidbəyli sonda vurğulayıb ki, Orban hazırda faktiki olaraq Avropanın ən rusiyayönümlü siyasi lideridir və ondan başqa daha bir neçə Şərqi Avropa dövləti Macarıstanın bu mövqeyini təkrar edir: 

"Bu baxımdan hesab etmək olar ki, Viktor Orban, yəni Macarıstanın Baş naziri qətiyyən səmimi deyil və Ukraynaya qarşı da açıq-aşkar qərəzli mövqe tutmaqla yanaşı, Rusiyanı da birmənalı şəkildə dəstəkləyir".  

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 Bütün Xəbərlər