Omanda görüş: Vaşinqton Tehrana GÜZƏŞTƏ GEDƏCƏK?

Omanda görüş: Vaşinqton Tehrana GÜZƏŞTƏ GEDƏCƏK?
06.02.2026 16:01

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İran nümayəndələrinin Omandа Tehranın nüvə proqramı üzrə keçiriləcək danışıqlardan öncə açıqlama verib. 


O bəyan edib ki, Tehran diplomatik prosesə ötən ilin təcrübəsini nəzərə alaraq və öz hüquqlarını qətiyyətlə müdafiə edərək daxil olur.

A.Əraqçi vurğulayıb ki, tərəflərin bərabərliyi, qarşılıqlı hörmət və qarşılıqlı maraqların nəzərə alınması - hər hansı davamlı razılaşmanın zəruri şərtləridir.

ABŞ isə hesab edir ki, İranın nüvə silahı əldə etmək hüququ yoxdur. 

Maraqlıdır, bu halda Omanda keçirilən danışıqların nəticəsiz qalma ehtimalı varmı? 

Mövzu ilə bağlı politoloq Əbutalıb Səmədov TodayPress TV-yə danışarkən bildirib ki, tərəflərin ciddi fikir ayrılıqları var və bu, danışıqların uğur qazanmaq şansını minimuma endirir. 

 

“Amerika-İran danışıqlarının ilkin olaraq İstanbulda keçirilməsi planlaşdırılsa da, İran görüşlərin Omanda təşkil olunmasını və müzakirə mövzularının sayının azaldılmasını tələb edib. ABŞ əvvəlcə bu formatla razılaşmayıb, lakin sonradan ərəb dövlətlərinin xahişi ilə danışıqların Omanda keçirilməsinə razılıq verilib”, - deyə analitik izah edib. 

O qeyd edib ki, tərəflər arasında fikir ayrılığı var. ABŞ nüvə proqramı ilə yanaşı, İranın ballistik raket proqramını, proksi hərbi birləşmələrə dəstəyini və ölkə daxilindəki etiraz hərəkatını müzakirə etmək niyyətindədir. İran isə yalnız nüvə proqramı məsələsini müzakirə etməyə hazır olduğunu bəyan edib. 

Siyasi şərhçinin fikrincə, danışıqlardan real nəticə əldə olunması üçün İran nüvə proqramı ilə bağlı ciddi güzəştlərə getməlidir: 


“ABŞ-nin əsas tələbi İran daxilində uranın zənginləşdirilməsinin dayandırılması və bu prosesin ərəb dövlətləri ilə birgə yaradılacaq konsorsium çərçivəsində həyata keçirilməsidir. Lakin İran indiyədək bu tələbi qəbul etməyib və qəbul etməsə, danışıqların mənası qalmayacaq”. 

Ə. Səmədov, həmçinin  zənginləşdirilmiş uran ehtiyatı məsələsinə də toxunaraq bildirib ki, ABŞ bu ehtiyatın İranda qalmasına qarşıdır. Onun sözlərinə görə, bəzi mətbuat orqanlarında İranın həmin uranı Rusiyaya təhvil verməyə razı olduğu barədə məlumatlar yayılsa da, bunun ABŞ-ni qane edib-etməyəcəyi sual altındadır. 

Aysel Mətləb 

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər