Nepal qarışdı: Kimlər ibrət dərsi alacaq?

Nepal qarışdı: Kimlər ibrət dərsi alacaq?
10.09.2025 15:52

“Nepaldakı hadisələr bir daha göstərdi ki, xalqla məmurlar arasında yaranan dərin uçurum faciələrə gətirib çıxara bilər”.

Politoloq Əli Orucov bunu TodayPress TV-yə açıqlamasında deyib. 

“Cəmiyyəti sakitləşdirmək mümkün olmadı”

O bildirib ki, Nepalda sosial mediaya qoyulan qadağalardan sonra gənclərin keçirdikləri kütləvi etiraz aksiyaları həm xarakter və məzmun baxımından dəyişib, həm də daha geniş miqyas alıb:

“Nepal dünyanın ən kasıb və inkişafdan qalmış ölkələrindən biridir. Beynəlxalq hesabatlara görə, əhalinin üçdə biri yoxsulluq içində yaşayır və adambaşına düşən ÜDM cəmi 240 dollardır. Nepalda rüşvətxorluq və korrupsiya, sərt və yarıtmaz idarəçilik cəmiyyətdə ciddi narazılıqlar doğurub. İnsanlarda məmurlara və dövləti idarə edənlərə qarşı nifrət hissi yaranıb. Uzun müddət hökm sürən mütləq monarxiyaya qarşı etirazlar müəyyən yumşalmalar və siyasi islahatlarla nəticələnsə də, bu, köklü problemləri həll etmədi və xalqın həyatına müsbət təsir göstərmədi.

Nəticədə, hakimiyyətin tətbiq etdiyi sosial media qadağası kütləvi etirazlara, iğtişaşlara və qarşıdurmalara səbəb oldu. Hökumət bu qadağaları aradan qaldırsa və güc tətbiq etsə də, cəmiyyəti sakitləşdirmək mümkün olmadı. Hadisələr bir daha göstərdi ki, xalqla məmurlar arasında yaranan dərin uçurum faciələrə gətirib çıxara bilər”.

“İbrət dərsi ola bilər”

Ekspert Nepalda baş verən hadisələrin regiona ciddi təsir göstərəcəyini düşünmür:

“Bu ölkə Çin və Hindistan kimi nəhənglərin arasında sıxılmış vəziyyətdədir. Yeni Dehli və Pekin baş verənlərdən narahat olmasalar da, digər rejimlər üçün bu hadisələr ibrət dərsi ola bilər”.

Qeyd edək ki, sentyabrın 4-də Nepal rəhbərliyi ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçməyən “WhatsApp”, “Facebook” və “Instagram”, eləcə də digər sosial şəbəkələrə məhdudiyyətlər tətbiq edib. Sentyabrın 8-də Katmanduda və digər şəhərlərdə minlərlə etirazçının iştirakı ilə hökumətin bu qərarına qarşı aksiya keçirilib. Aksiyada əsasən gənclər iştirak edib. Etirazlar zamanı baş verən qarşıdurmalarda 19 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb. Məhdudiyyətlər sentyabrın 9-da ləğv edilib. 

Bununla belə, paytaxtda parlament binasının önündə hökumətin istefası tələbi ilə yenidən aksiya təşkil edilib. Etirazçılar ölkə Prezidenti Ramçandra Paudelin iqamətgahına basqın edib və yandırıblar.

Sentyabrın 9-da Nepalın Baş naziri Şarma Oli ölkədəki kütləvi iğtişaşlar fonunda istefa verib.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

Nepal qarışdı: Kimlər ibrət dərsi alacaq? — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 Bütün Xəbərlər