Müharibədə məğlub olan Paşinyan necə oldu ki, seçkidə qalib gəldi?

Müharibədə məğlub olan Paşinyan necə oldu ki, seçkidə qalib gəldi?
08.06.2026 11:56

1+1 bəzən 2 etmir. Bəzən  ən böyük məğlubiyyətlər belə qələbənin bünövrəsinə çevrilə bilir. 2026-cı ilin iyununda Ermənistanda baş verən parlament seçkiləri məhz bu paradoksun canlı sübutu oldu. Müharibənin acı tozu hələ silinməmiş, məğlub lider necə oldu ki, yenidən kürsüsünə qayıtdı? 

Paşinyan qorxunun gücünü çox yaxşı hiss edirdi. O, xalqa birbaşa mesaj verdi: "Mənə səs verməklə məğlubiyyətə səs vermirsiniz, keçmişin qayıtmasına əngəl olursunuz". 2020-ci ilin travmasını yaşayan bir cəmiyyət üçün Paşinyan artıq "pislərin  ən yaxşısı"na çevrildi. O, Köçəryan və Sarkisyanın kölgəsindən elə istifadə etdi ki, xalq "məğlubiyyəti" unudub, "revanşist keçmişin" qorxusu ilə Paşinyanın ətəyindən yapışdı.

O, bütün kartlarını "sülh" üzərinə qoydu. Erməni cəmiyyəti müharibənin yorğunluğunu sümüklərinə qədər hiss edirdi.  O, bu seçkini bir növ referendum kimi təqdim etdi.  Xalqın çoxu, istər-istəməz, Paşinyanın bədbin, lakin realistik sülh proqramını özünün sonuncu ümid çırağı kimi qəbul etdi.

Əlbəttə, rəqəmlərin arxasında bir də böyük bir aparat dayanır. Dövlət mexanizminin dişli çarxları Paşinyanın "Vətəndaş Müqaviləsi"nin ritminə uyğun işləyirdi. Lakin buna sadəcə "inzibati resurs" deyib keçmək olmaz. Paşinyan xalqın dilində danışmağı, onların qorxusunu, ümidini və hətta nifrətini idarə etməyi öyrənib. O, küçə mitinqlərinin səs-küyünü seçki qutularının sükunəti ilə əvəzləyərək, özünə "sakit çoxluğun" legitimliyini qazandırdı.

Paşinyanı bu yolda tək qoymayan da var idi. Qərbin ona olan yanaşması: "O, bəlkə də müharibədə məğlubdur, amma o, bizim demokratika layihəmizin əsas subyektidir". Bu dəstək Paşinyana siyasi dözümlülük bəxş etdi. O, Rusiyanın kölgəsindən çıxmağa çalışdıqca, Qərbin ona olan dəstəyi daha da artdı və bu, seçici gözündə onun "dövləti qoruyan lider" imicini bir qədər də möhkəmləndirdi.

Paşinyanın  qələbəsi onun necə mahir siyasətçi  olduğunun sübutudur. O, məğlubiyyəti bir siyasi kələf kimi söküb, onu yeni bir mandatın parçasına çevirə bildi. İndi Paşinyan üçün əsas məsələ – "sülh" vədini reallığa çevirməkdir. Əgər o, bu dəfə də sülhə gedən yolda "ilişib qalarsa", xalqın ona verdiyi bu son şansı itirəcək. 

Paşinyan məğlubiyyətdən zəfər çıxaran bir siyasətçi kimi yaddaşlarda qaldı. Amma indi onun üzərində daha ağır bir yük var:  sülhün gerçəkliyini sübut etmək.

Jalə Rövşən  

XƏBƏR LENTİ
03 AVQUST 2026
Sumqayıtda 4 avtomobil bir-biri çırpıldı 23:55 Tramp İsraili qəzəbləndirdi - İstədiyini etmədi 23:45 Saakaşvilidən maraqlı müqayisə: “Mən Odisseyəm, onlar isə…” 23:36 Ağdamda güclü yanğın başladı - VİDEO 22:59 ABŞ “Patriot”ların sirrini Ukraynaya açacaq 22:51 Başına 5 milyon dollar qoyulan kartel lideri saxlanıldı 22:30 Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Bütün Xəbərlər