Millət vəkili: "Uitkoffun bəyanatı Azərbaycanın münaqişədə məqsədyönlü mövqe sərgilədiyini göstərir"

Millət vəkili: "Uitkoffun bəyanatı Azərbaycanın münaqişədə məqsədyönlü mövqe sərgilədiyini göstərir"
07.11.2025 18:19

Mayamidə keçirilən Amerika Biznes Forumunda ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff, Prezident İlham Əliyevin Ermənistanla münaqişənin həlli istiqamətində səylərini yüksək qiymətləndirib. Uitkoff ilk dəfə açıqladığı məqamda bildirib ki, avqustda Donald Tramp Oval kabinetdə İlham Əliyevdən 44 günlük müharibə ilə bağlı “Ordun üstün idi, niyə hücumu genişləndirmədin?”, - deyə soruşub. İlham Əliyev isə “Məqsədimiz yalnız işğal altındakı torpaqları azad etmək idi, daha artığını istəməmişik” cavabını verib. Uitkoff bunu gücə sahib olub ondan sui-istifadə etməmək kimi dəyərləndirərək liderlik nümunəsi adlandırıb.

Milli Məclisin deputatı Naqif Həmzəyev bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, Uitkoffun bəyanatı Azərbaycanın münaqişədə məsuliyyətli və məqsədyönlü mövqe sərgilədiyini göstərir:


“Mayamidə Amerika Biznes Forumunda çıxış edən ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla münaqişənin həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib. O, ilk dəfə açıqlayıb ki, avqust ayında Donald Tramp Oval kabinetdə Prezidentlə görüş zamanı ondan "Ordun üstün idi, niyə hücumu genişləndirmədin?" sualını soruşub. İlham Əliyev isə məqsədlərinin yalnız işğal altındakı əraziləri azad etmək olduğunu bildirib. Uitkoff bu yanaşmanı gücündən sui-istifadə etməyən lider nümunəsi kimi dəyərləndirib”.

Deputatın sözlərinə görə, bu açıqlama Bakının artan strateji əhəmiyyətinə işarə edir:

“Bu açıqlama ABŞ–Azərbaycan münasibətlərində mümkün dönüş nöqtəsi kimi qiymətləndirilir. Vaşinqtonun Cənubi Qafqazda daha balanslı siyasət yürütməyə meyilli olduğuna dair siqnal kimi qəbul edilir. Energetika təhlükəsizliyi, xüsusilə Avropanın alternativ enerji tələbatında Azərbaycanın artan rolu ABŞ maraqları ilə üst-üstə düşür. Bu, Azərbaycanın "məsuliyyətli güc" imicinin güclənməsinə və beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsinə stimul yaradır”.

Naqif Həmzəyev qeyd edib ki, bəyanatın təsiri regiondakı proseslərdən asılı olacaq:

“Bununla belə, bəyanatın uzunmüddətli nəticəsi bir sıra amillərdən asılıdır. Ermənistanla sülh danışıqları, sərhədlərin delimitasiyası, humanitar məsələlərin həlli və regional əməkdaşlıq prosesləri Azərbaycanın imicinin möhkəmlənməsində həlledici rol oynayacaq. Üstəlik, Uitkoffun fikirlərinin Tramp administrasiyasının rəsmi mövqeyini tam əks etdirmədiyi, ABŞ-ın regionda balans siyasəti yürütmək məcburiyyətində olduğu və Konqresdə güclü ermənipərəst lobbinin mövcudluğu nəzərə alınmalıdır. Azərbaycanın imici ilə bağlı qlobal müstəvidə müxtəlif yanaşmalar mövcuddur və bunların dəyişməsi uzun zaman tələb edir”.

Parlamentari son olaraq əlavə edib ki, Uitkoffun bəyanatı iki ölkə arasında əməkdaşlığın genişlənməsi üçün yeni diplomatik imkanlar açır:

“Buna baxmayaraq, bəyanat Azərbaycan üçün real diplomatik imkan yaradır. Tramp administrasiyasının növbəti mərhələsində iki ölkə arasında enerji, infrastruktur və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşməsi mümkündür. Azərbaycanın bu fürsəti reallaşdırması üçün regional sabitliyə, sülh müqaviləsinə və praktiki nəticələrə yönəlmiş ardıcıl siyasəti davam etdirməsi vacibdir. Ümumilikdə, Uitkoffun açıqlamaları Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələyə rəvac verə bilər, lakin uzunmüddətli uğur konkret siyasi addımlardan asılı olacaq”.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Bütün Xəbərlər