Makron "oyunbazlığı" Fransanı çətin günlərə sürükləyir…

Makron "oyunbazlığı" Fransanı çətin günlərə sürükləyir…
24.09.2025 16:40

Fransanın Baş naziri Fransua Bayrunun etimad səsverməsi nəticəsində istefaya göndərilməsi ehtimalı Fransada siyasi böhranın dərinləşməsinə işarə edir. Sol, mərkəz və sağ partiyaların parçalanmış mövqeləri, Milli Assambleyada çoxluğun olmaması baş nazirin vəzifəsini davam etdirməsini çətinləşdirir və hökumətin siyasətində qeyri-sabitlik yaradır.  

Mövcud durumu TodayPress TV-yə şərh edən politoloq Zeynal Əmrəliyev bildirib ki, Fransada siyasi böhranın əsas səbəbi prezident Emmanuel Makronun siyasi xəttidir:

“Milli Assambleyada keçirilən seçkilərdə Makron açıq şəkildə məğlubiyyətə uğramışdı. Buna baxmayaraq, o, heç bir halda hökuməti əlindən buraxmaq istəmir. Bu da ölkədə ciddi fikir ayrılığına səbəb olur. Həm solçular, həm də sağçılar Makrona kifayət qədər təzyiq göstərirlər. Solçu lider Jan-Lük Melanşon dəfələrlə bəyan edib ki, Makronun siyasəti Fransada daxili vəziyyəti daha da gərginləşdirir və bu, hökumət böhranına gətirib çıxaracaq”. 

Politoloqun sözlərinə görə, hazırkı hökumət böyük çoxluğu təmsil etmir və sadəcə Makronun siyasi xəttini tarazlamağa çalışır:

“Bu isə böhranın açıq əlamətləridir. Dəfələrlə baş nazirlərin dəyişdirilməsi və parlamentdə etimad səsverməsindən keçməmələri də bunun göstəricisidir. Çünki hökumət çoxluğu təmsil etmir, azlıq hökuməti formalaşdırılır. Makronun əsas məqsədi prezidentə sadiq hökumətin qurulmasıdır”. 

Analitik əlavə edib ki, Fransa qarışıq idarəetmə formasına malikdir və prezidentlə parlamentin səlahiyyət bölgüsü mövcuddur. Bu isə hökumət böhranı təhlükəsini artırır. Baş nazirin istefaya göndərilməsi böhranın dərinləşməsinə səbəb olacaq. Konstitusiyaya görə, hökuməti qurmaq vəzifəsi əvvəlcə sosialistlərə, sonra isə sağçılara verilməlidir. Konstitusiyaya uyğun hökumət qurularsa, böhran aradan qalxacaq. Əks halda, Makron siyasi oyunbazlığa davam edərsə, Fransanı çox çətin günlər gözləyir. 

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Makron "oyunbazlığı" Fransanı çətin günlərə sürükləyir… — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Bütün Xəbərlər