Kütləvi həbslər, SOROS qalxanı – Ermənistanda seçki öncəsi gərginlik

Kütləvi həbslər, SOROS qalxanı – Ermənistanda seçki öncəsi gərginlik
12.02.2026 15:12

Ekspertlərin fikrincə, Ermənistanda bələdiyyə seçkilərində saxtakarlıq iddiaları ilə başlayan kütləvi həbslər seçki ərəfəsində arta bilər. 


Maraqlıdır, seçkidə  saxtakarlıq iddiaları real hüquq pozuntusudursa, niyə proses məhz parlament seçkiləri ərəfəsində aktiv fazaya keçib? 

Bu həbslər hakimiyyətin seçki öncəsi preventiv taktikasının elementi ola bilərmi? Bəs Beynəlxalq qurumlar niyə susur?   

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Azad Məsiyev bildirib ki, Paşinyan ABŞ və Soros dəstəyi ilə hakimiyyətə gəlib: 

 

"Bildiyiniz kimi, Ermənistanda Paşinyanı hakimiyyətə Amerika gətirib. Ümumilikdə Qərb koalisiyası bu işdə Paşinyana dəstək olub. Soros Fondunun maliyyə dəstəyi və Birləşmiş Ştatların diplomatik dəstəyi ilə Paşinyan hakimiyyətə gətirilib. Bu da təsadüfi deyildi. Uzun müddət idi Paşinyan Amerika xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirdi. Onu yoxladılar. Etibarlılığına inanıldıqdan sonra ona dəstək verərək Soros Fondunun dəstəyi ilə hakimiyyətə gətirdilər və Paşinyan Avropa Şurası (AŞ) qarşısında bir təlimat alıb və təlimata uyğun siyasi fəaliyyətini həyata keçirməkdədir. 44 günlük Vətən müharibəsindən sonra da seçkilər keçirildi. Soros Fondunun dəstəyi ilə Paşinyanı hakimiyyətdə saxladılar. Yəni məqsəd Amerikanın maraqlarına uyğun siyasi fəaliyyət göstərmək idi".

Onun sözlərinə görə,  ABŞ  və Qərb koalisiyası, Avropa İttifaqı yenə də Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. Birləşmiş Ştatların bu yaxınlarda dövlət katibinin Ermənistana səfəri Paşinyana siyasi və mənəvi dəstək vermək üçün həyata keçirilib. 

“Mətbuat konfransında da açıq şəkildə Ermənistana doqquz milyard dollar sərmayə qoyulacağı barədə bəyanat verdilər. Məqsəd erməni cəmiyyətinə bir mesajdır ki, Paşinyan hakimiyyətdə qalarsa, bu sərmayələr Ermənistana gələcək”. 

Analitik vurğulayıb ki, bu baxımdan Ermənistanda təlatüm yaşayırlar. Çünki Rusiya ilə Amerikanın maraqları Ermənistan üzərində toqquşur.  

“Paşinyanın apardığı siyasət nəticəsində balans qorunmadı. Onun açıq şəkildə amerikayönümlü siyasəti Rusiyanın maraqlarına zidd oldu. Bu baxımdan Ermənistan cəmiyyətində, daha doğrusu Ermənistanda qarşıdurma, ermənilərin, erməni lobbisinin, Avropa qanadı ilə Qərb qanadı və erməni lobbisinin Rusiya qanadı arasında bir qarşıdurma var”.  

Ekspert qeyd edib ki, Ermənistanda seçkilər ABŞ və Rusiyanın maraqlarına təsir edəcək:  


"Ermənistanda 2026-cı ilin yay ayında keçiriləcək seçkilər kimin üstünlüklə hakimiyyətə gələcəyinə dair mübarizədir. Çünki rusiyayönümlü qüvvələr hakimiyyətə gələrsə, Ermənistan vəziyyəti fərqli olacaq. Bu baxımdan uzun müddətdir ki, Amerika Ermənistan üzərində bir layihə həyata keçirir və bunu yarımçıq qoymaq istəmir; Zəngəzur dəhlizi məsələsi də həmin layihənin tərkib hissəsidir. Ümumilikdə Ermənistanda keçiriləcək seçkilər həm Rusiyanın, həm də Amerikanın maraq dairəsindədir"

Onun qənaətincə, Paşinyan öz rəqiblərini neytrallaşdırmaq istəyir. Kilsə ilə Paşinyan arasında olan qarşıdurma da buna bariz nümunədir.

A.Məsiyev əlavə edib ki, Ermənistanda radikalların hakimiyyətə gəlməsi təhlükədir: 

"Təbii ki, Ermənistanda kimin hakimiyyətə gəlməsi bu və ya digər formada Azərbaycanla Ermənistan arasında sülh sazişinə də təsir edə bilər. Avantüristlərin hakimiyyətə gəlməsi mümkündür. Deməli, onda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması və qarşıdurmanın qarşısının alınması sual altına düşür. Çünki Azərbaycanın şərtlərindən biri Ermənistanda referendum keçirib konstitusiyasına dəyişiklik etməkdir. Radikal qüvvələr, avantüristlər yenə də Böyük Ermənistan xülyası ilə yaşayırlar və Azərbaycanın torpaq iddialarından əl çəkməyəcəklər. Belə olan halda regionda yeni qarşıdurma yarana bilər, sabitlik pozula bilər və böyük dövlətlərin maraqları bu qarşıdurmaya gətirib çıxara bilər”.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər