Kiyevdə siyasi təlatüm: Korrupsiya qalmaqalı nə ilə nəticələnəcək?

Kiyevdə siyasi təlatüm: Korrupsiya qalmaqalı nə ilə nəticələnəcək?
20.11.2025 11:11

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın ətrafında yaranan korrupsiya qalmaqalı Volodimir Zelenski hakimiyyətinə həm daxili, həm də xarici təzyiqi artırıb. “Kölgə rəhbər” kimi tanınan Yermakın istefası artıq həm müxalifət, həm də hakim partiya daxilindən tələb olunur. Bu skandal Kiyevdə güc balansını pozur və Ukraynanın Qərblə münasibətlərində yeni risklər yaradır. 


Maraqlıdır, Zelenski komandasında Yermakın ətrafında dərinləşən korrupsiya qalmaqalı Ukraynanın daxili siyasi sabitliyinə və ABŞ–Aİ ilə münasibətlərinə hansı təsirləri yarada bilər? Bu proses Zelenski hakimiyyəti üçün real siyasi böhrana çevrilə bilərmi? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Zeynal Əmrəliyev bildirib ki,  Yermakın gedişi Ukrayna hakimiyyətində çatlar yaradır və müxalifətin fəallaşmasını gücləndirir:


"Ukrayna hökumətində Andrey Yermakın istefası — hansı ki, o, prezident administrasiyasının rəhbəri və Zelenski hakimiyyətinin əsas fiquru idi — hakimiyyət daxilində ciddi çatların yaranmasına səbəb ola bilər. Bu gediş güc balansının pozulması ehtimalını artırır. Xüsusilə nəzərə almaq lazımdır ki, Ali Radada müxalifət son vaxtlar daha sıx koordinasiya edir. Keçmiş prezident Petro Poroşenko ilə keçmiş baş nazir Yuliya Timoşenko arasında hökumətin istefasına yönəlmiş kampaniya barədə razılaşmanın əldə olunduğu iddia edilir".

Onun sözlərinə görə, prezident seçkilərinin keçirilməməsi gərginliyi artırır və Zelenski komandanı dəyişməklə bunu yumşaltmağa çalışa bilər:


"Ukrayna siyasi cəhətdən olduqca aktiv ölkədir və uzun müddət seçkilərin keçirilməməsi (müharibə şəraitinə görə) daxili siyasi gərginliyi daha da dərinləşdirə bilər. Zelenski komanda daxilində dəyişikliklərə gedərək, hətta müxalifətdən bir neçə şəxsi hökumətə cəlb etməklə situasiyanı yumşaltmağa cəhd göstərə bilər. Bu, kifayət qədər real siyasi addımdır".

O, həmçinin Yermak qalmaqalının Zelenskinin imicini zəiflətdiyini vurğulayıb:


"Lakin hakimiyyətdə korrupsiya qalmaqallarının gündəmə gəlməsi prezidentin imicinə ciddi zərbə vurur. Hazırda həm cəbhədə vəziyyət gərgindir, həm də Rusiya ilə ABŞ və Türkiyənin vasitəçiliyi ilə aparılan danışıqlar yeni mərhələyə qədəm qoyub. Məhz belə bir vaxtda əsas fiqurun istefası Zelenski komandasına “məğlubiyyət sindromu” yaşada bilər".

"Atəşkəs sonrası seçkilər Zelenski üçün risklidir".

Ekspertin fikrincə,  atəşkəs razılaşmasının imzalanmasından və hərbi vəziyyətin aradan qalxmasından sonra keçiriləcək növbəti prezident seçkilərində bu proses Zelenski üçün ciddi mənfi nəticələr doğura bilər. Bununla belə, vəziyyətdən çıxmaq üçün müəyyən imkanlar da mövcuddur. Əgər Zelenski baş verən proseslərin məsuliyyətini üzərinə götürərək komandanı yeniləməyi bacarsa, bu, onun mövqelərinin güclənməsinə səbəb ola bilər.

Z.Əmrəliyev eyni zamanda əlavə edib ki, Korrupsiya ifşası Ukraynanın hüquqi imicini gücləndirə və Zelenskiyə də müəyyən üstünlük verə bilər:

"Bununla yanaşı, qeyd etmək lazımdır ki, Ukrayna həqiqətən hüquqi dövlət nümunəsi göstərir: hakimiyyət daxilindəki korrupsiya faktlarının rəsmi şəkildə ifşa olunması bu baxımdan müsbət addımdır. Bu proses, paradoksal şəkildə, həm də Zelenskinin şəffaflıq iddiasına əlavə üstünlük qazandıra, onun siyasi mövqelərini müəyyən qədər gücləndirə bilər".

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiyanın mərkəzində PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Bütün Xəbərlər