Japarov Qırğızıstanı TÜRKLƏŞDİRİR: rus adları dəyişdirilir...

Japarov Qırğızıstanı TÜRKLƏŞDİRİR: rus adları dəyişdirilir...
14.04.2026 17:45

Qırğızıstan  Prezidenti Sadır Japarov  Oş vilayətinin Alay rayonunda yerli sakinlərlə görüşü zamanı  bütün kənd və yaşayış məntəqələrinin adlarının Qırğız dilində dəyişdiriləcəyini açıqlayıb. O, prosesin 2027-ci ilin sonuna qədər tamamlanacağını vurğulayıb. Bu bəyanat Rusiya mediasında geniş rezonans doğursa da, əslində uzun illər davam edən ruslaşdırma siyasətinə qarşı atılan addımların təbii davamıdır.

Ruslaşdırma siyasəti Qırğız torpaqlarında XIX əsrin ikinci yarısından başlayıb. Rus imperiyası 1876-cı ildə bölgəni tam nəzarətə aldıqdan sonra yerli toponimləri, coğrafi adları sistemli şəkildə dəyişdirməyə başladı. Məqsəd təbii ki,  sadəcə idarəetmə deyil, xalqın tarixi yaddaşını silmək, onu rus mədəniyyətinə inteqrasiya etmək idi. Sovet dövründə isə bu proses daha da dərinləşdi. 1920-1930-cu illərdə Stalin rejimi “beynəlmiləlçilik” adı altında ruslaşdırmanı gücləndirdi. Kəndlər, rayonlar və küçələr Lenin, Marx, Komsomol, Sverdlov, Frunze kimi rus və sovet liderlərinin adları ilə əvəz olundu. Məsələn, paytaxt Bişkek 1926-cı ildən 1991-ci ilə qədər Frunze adlandı, bir çox kənd isə “Bolshevik”, “Novodonetskoye”, “Semyonov” kimi rus mənşəli adlar aldı. Soyadlara da -ov, -ova suffiksləri məcburi əlavə edildi ki, yerli əhali ruslaşdırılsın. Nəticədə Qırğız  dili idarəetmə, təhsil və rəsmi sənədlərdə ikinci plana keçdi, xüsusilə şimal bölgələrində və paytaxtda Qırğız dili azlıqda qaldı.

Müstəqillik əldə edildikdən sonra, 1991-ci ildə  bu miras yavaş-yavaş aradan qaldırılmağa başladı. Bu  2021-ci ildən, Sadır Japarovun prezidentliyi dövründə daha geniş vüsət alamağa başladı. 2021-2025-ci illər ərzində 15-dən çox kəndin adı dəyişdirildi. Semyonovka Kojoyar-Ata, Tashtak Malkaldy, Bolshevik Bayaly Isakeyev, Novodonetskoye isə Aitmatov adını aldı. 2025-ci ildə ölkənin üçüncü böyük şəhəri Celalabad Manas olaraq dəyişdirildi. Bu dəyişikliklər yalnız ad dəyişdirmək deyil, həm də milli kimliyin bərpası idi. Prezident hökumət rəsmilərinin Qırğız dilini bilməsini məcburi edən qanun imzaladı, soyadlarda  rus suffikslərinin atılmasına icazə verdi və Sovet dövrü adlarının qaytarılmasına qarşı mübarizə apardı.

Bu proses təkcə Qırğızıstan  xas deyil. Qazaxıstan, Özbəkistan və digər Orta Asiya ölkələrində də oxşar de-rusifikasiya dalğası gedir. Amma Qırğızıstanda Japarovun rəhbərliyi ilə daha sistemli və sürətli şəkildə həyata keçirilir. Rus mediası bunu “anti-rus siyasəti” kimi təqdim etsə də, əslində söhbət tarixi ədalətin bərpasından, xalqın öz adlarını, dilini və mədəniyyətini geri qaytarmağından gedir.

Nəticədə, Qırğız  xalqının bu addımı bütün türk xalqları üçün böyük əhəmiyyət kəsb edir. Türkçülük və milliləşmə ideyası – yəni öz dilini, adlarını, tarixini qorumaq və gücləndirmək – türk dünyasının hər bir ölkəsi üçün vacibdir. Azərbaycandan Türkiyəyə, Qazaxıstandan Türkmənistana qədər bütün türk xalqları bir vaxtlar imperiya təzyiqi altında oxşar assimilyasiya siyasəti ilə üzləşib.

Bu gün də qloballaşma və xarici təsirlər qarşısında milli kimliyi qorumaq üçün dil siyasəti, toponimika və mədəni özünəqayıdış ən güclü vasitədir.  Qırğızıstanın bu mübarizəsi göstərir ki, milliləşmə sadəcə keçmişə qayıdış deyil, gələcəyin təminatıdır. Türk xalqları bir-birindən öyrənərək, öz milli şüurunu gücləndirərək daha güclü, daha birləşmiş və daha müstəqil ola bilər. Bu, türk dünyasının ortaq taleyidir.

Jalə Rövşən

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər