İddialara SƏRT CAVAB: İşğalçı siyasətin arxasında o dayanıb!

İddialara SƏRT CAVAB: İşğalçı siyasətin arxasında o dayanıb!
09.02.2026 17:05

Erməni ekspert Vahram Atanesyan Ermənistan-Rusiya strateji tərəfdaşlığına ilk ciddi zərbənin 1993-cü ildə vurulduğunu deyib. Onun sözlərinə görə, o zaman Levon Ter-Petrosyan Xankəndidə çıxışında Kəlbəcərdən qoşunların çıxarılmasını rədd etməyin Yeltsinin düşmənçiliyini qazana biləcəyini deyib. O, qeyd edib ki, bu təklifdən imtina olunub və İrəvan Rusiya ilə münasibətlərini buna görə gərginləşdirib.


Politoloq Məhəmməd Əsədullazadə bu barədə TodayPress TV-yə danışıb.


Analitik məsələni belə şərh edib:

"Torpaqlarımızın işğalı Rusiyanın dəstəyi ilə baş verib. 1993-cü ildə Ermənistan Kəlbəcərə hücum etdi və ərazini işğal etdi. Bu dövrdə Ermənistan əleyhinə müəyyən proseslər gedirdi və ondan tələb olunurdu ki, oradakı qoşunları çıxartsın. BMT-nin qətnaməsi də buna çağırış edirdi. Lakin Rusiya bunu praktik olaraq tələb etmirdi, çünki həmin vaxt Ermənistanın təchizat zəncirini məhz Rusiya təmin edirdi. Rusiya maraqlı idi ki, Azərbaycan əraziləri işğal olunsun. Ona görə də indiki açıqlamalar və şərhlər, fikrimcə, sadəcə manipulyasiyadır və prosesləri bilməməkdən irəli gəlir".

O vurğulayıb ki, Rusiya Ermənistanın işğal siyasətini dəstəkləyib: 

"İşğalın arxasında məhz Rusiya dayanırdı. Levon Ter-Petrosyanı Yeltsin dəstəkləyirdi və həmin dövrdə Rusiya Azərbaycana ciddi təzyiqlər göstərirdi. Bu səbəbdən 1993-cü ildə Ermənistan-Rusiya strateji tərəfdaşlığı pozulmamışdı. Daha sonra Rusiya Ermənistana milyardlarla dollar dəyərində silah göndərdi, elə Yeltsinin dövründə.  1993-cü ildən sonra digər rayonlar da işğal edildi. Proses məhz bu müstəvidə gedirdi və Rusiya-Ermənistan tandemi Azərbaycan ərazilərinin işğalda qalmasını təmin edirdi. İşğal faktı Rusiya-Ermənistan ittifaqını daha da möhkəmləndirdi".

Ekspert onu da əlavə edib ki, bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan real praktikaya söykənən siyasət aparır və Rusiyadan uzaqlaşır. Sülh gündəliyi artıq formalaşır. Hazırkı açıqlamalar isə sadəcə manipulyasiyadır.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər