Hindistandan qeyri-səmimi davranış: "Bu, təsadüfi deyil" - ŞƏRH

Hindistandan qeyri-səmimi davranış: "Bu, təsadüfi deyil" - ŞƏRH
18.06.2025 16:40

“Hindistanın Ermənistan üzərindən təxliyə qərarı siyasi yanaşmanın nəticəsidir”.

Politoloq Oqtay Qasımov bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, Azərbaycanın İranla sərhəddə qonşu olması və tərəflər arasında münasibətlərin hazırda normal məcrada inkişaf etməsi, eləcə də sərhəd-keçid məntəqələrinin effektiv fəaliyyəti bu vəziyyətdə mühüm rol oynayıb.

“Azərbaycan öz ərazisindən keçən xarici vətəndaşları ən yüksək səviyyədə qəbul edib və onların vətənlərinə təhlükəsiz şəkildə qayıtmasını təmin etməyə davam edir. Bu, Azərbaycanın humanitar yanaşmasının və regional sabitliyə verdiyi töhfənin nümunəsidir". 

Politoloq Hindistanın vətəndaşlarını Ermənistan üzərindən təxliyə etməsini isə siyasi münasibətlər kontekstində qiymətləndirib. Onun fikrincə, bu addım heç də təəccüblü deyil. Çünki Hindistan tarixən Azərbaycanla səmimi münasibətlər qurmayıb, xüsusilə Qarabağ münaqişəsi zamanı və ondan sonra açıq şəkildə Ermənistanı dəstəkləyib. Bununla yanaşı, Azərbaycan Pakistanla yaxın müttəfiqlik münasibətləri saxladığı üçün Hindistan ölkəmizi qeyri-dost siyahısında görür və məhz bu səbəbdən öz vətəndaşlarının Ermənistandan təxliyəsini üstün tutub: 

“Bu, Azərbaycanın yox, Hindistanın problemidir. Məsələnin kökündə siyasi seçim və mövqelər dayanır”, - deyə o nitqini sonlandırıb.

Töhfə Səməd

FOTOLAR

Hindistandan qeyri-səmimi davranış: "Bu, təsadüfi deyil" - ŞƏRH — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
“Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 Bütün Xəbərlər