Fransadan Ermənistana milyonluq silah dəstəyi: Məqsəd nədir?

Fransadan Ermənistana milyonluq silah dəstəyi: Məqsəd nədir?
04.11.2025 13:08

Ermənistan 2023–2024-cü illərdə Fransa ilə 274,5 milyon avro dəyərində silah tədarükü müqaviləsi imzalayıb. Fransa Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi hesabatda bildirilir ki, yeni texnika, hərbi təlimlər və birgə əməliyyatlar yalnız müdafiə xarakteri daşıyır.

Məlumata görə, 2023-cü ildə İrəvanda Fransa müdafiə missiyasının yaradılması iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirib. Fransa Ermənistanı “Sezar” tipli özüyeriyən haubitsalar, 15 ədəd tank əleyhinə raket və onların buraxılış qurğuları ilə təmin edir. 2022-ci ilə qədər bu ölkə Ermənistana demək olar ki, silah tədarük etmirdi.

Bəs bu addımların yalnız müdafiə xarakteri daşıması nə qədər realdır?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa bildirib ki, Fransanın Ermənistana silah dəstəyi uzunmüddətli siyasi əlaqələrin davamıdır:


"Ermənistan və Fransa arasında əməkdaşlıq yeni deyil. Onsuz da bu iki ölkə arasında həmişə dostluq münasibətləri mövcud olub. 2022-ci ildən sonra Fransanın Ermənistanın silahlandırılmasında rolunun artmasının isə özünəməxsus səbəbləri var".

Politoloq qeyd edib ki, Fransa Ermənistanın silah boşluğunu doldurur:

"Əvvəla, Avropa ölkələri Ermənistanın ənənəvi silah tədarükçüsü olan Rusiyadan asılı qalmasını istəmir. Ermənistan da Rusiya ilə əlaqələrinin zəifləməsində maraqlıdır. Yaranmış bu boşluğu isə Fransa doldurmağa çalışır".

Onun sözlərinə görə, silahlanma daha çox müdafiə və siyasi maraqlara xidmət edir:

"Bununla belə, Azərbaycanın hərbi gücü və imkanları ilə müqayisədə Ermənistanın silahlanması balans yarada bilmir. Bu baxımdan, proses daha çox müdafiə xarakteri daşıyır. Fransa həm silah ixracatçısı kimi Ermənistana bazar gözü ilə baxır, həm də Cənubi Qafqazda maraqlarını bu ölkə üzərindən həyata keçirməyə çalışır".

Ekspert vurğulayıb ki, Ermənistan hərbi rəqabətdən uzaqlaşıb:

"Eyni zamanda, Ermənistanın son aylarda müdafiə xərclərini azaltması, hərbi xidmət müddətini qısaltması göstərir ki, rəsmi İrəvan Azərbaycanın hərbi gücü ilə rəqabət apara bilməyəcəyini anlayır və daha çox sülh istiqamətinə üstünlük verir".

Ə.Mustafa son olaraq əlavə edib ki, ümumilikdə, Fransa–Ermənistan əməkdaşlığı daha çox siyasi konjonktura və Fransa-Ermənistan münasibətlərinin tarixi fonu ilə əlaqədardır. Bu əməkdaşlıq Ermənistana müdafiə imkanlarından artıq üstünlük vəd etmir.

Jalə Rövşən

XƏBƏR LENTİ
01 AVQUST 2026
Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Bütün Xəbərlər