"Fakt ört-basdır edilir" — İran-Polşa gərginliyi ARTIR

"Fakt ört-basdır edilir" — İran-Polşa gərginliyi ARTIR
21.10.2025 18:35

İranın xarici işlər naziri Abbas Əraqçi Polşanın Tehranı Rusiyaya pilotsuz uçuş aparatları tədarük etməkdə ittiham etməsinə cavab verib. 

Polşa XİN rəhbəri Radoslav Sikorskinin bəyanatını "əsassız" adlandıran Əraqçi qarşı tərəfi sənədlərlə əsaslandırılmış dialoqa çağırıb:

“Hesab verməkdən qaçmaq, əsassız iddiaları və müdaxiləçi bəyanatları təkrarlamaq problemi həll etməyəcək".


Nazir tarixi nümunə gətirərək iddia edib ki, İkinci Dünya Müharibəsi dövründə İran 100 mindən çox polşalıya sığınacaq verib və onların azad ordusunun qurulmasına yardım edib: 

“İran və Polşa xalqları arasında dostluq çətin günlərdə öz sözünü deyib. Bu irsi qorumaq borcumuzdur”.

Polşanın ittihamı əsaslıdırmı? Ümumiyyətlə, Tehrana qarşı bu cür ittihamla çıxış etməsinin səbəbi nədir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki, hamının bildiyi faktı Polşanın xarici işlər naziri səviyyəsində bəyan etmək İranın Rusiyaya pilotsuz uçuş aparatları verməsi gerçəyini dəyişmir:


"Bu, artıq təsdiqlənmiş faktdır və əlavə sübuta ehtiyac yoxdur. İran XİN rəhbəri Abbas Əraqçinın bu faktı ört-basdır etməyə yönəlmiş bəyanatı isə açıq siyasi riyakarlıqdır. Rusiyaya bu texnologiyanın ötürülməsi məhz İran tərəfindən həyata keçirilib və Polşanın ittihamı tam əsaslıdır. Məsələnin mahiyyəti ondadır ki, son günlər Polşa və digər Avropa İttifaqı ölkələrinin hava sərhədləri bu pilotsuz uçuş aparatları ilə pozulub. İranın Rusiyanın işğalçı siyasətinə dəstək verməsi fonunda Polşa rəsmilərinin belə mövqeyi tamamilə təbiidir".


Ekspert İranın İkinci Dünya Müharibəsi dövründə 100 mindən çox polşalıya sığınacaq verməsindən də bəhs edib:

"Bəli, mümkündür, lakin unutmamaq lazımdır ki, həmin dövrdə İran müstəqil siyasət yürütmürdü. O zaman ölkə həm ABŞ, həm də Sovet İttifaqının nəzarəti altında idi. “Lend-Liz” proqramı çərçivəsində ABŞ-dən gətirilən hərbi texnika hissələri İranda yığılır və cəbhəyə göndərilirdi. İranın şimalını Sovet İttifaqı, cənubunu isə ABŞ və Böyük Britaniya nəzarətdə saxlayırdı.

Bu ölkələrin hərbi qüvvələri müharibədən yalnız bir il sonra İranı tərk edərək hakimiyyəti şah rejiminə təhvil vermişdilər. Deməli, həmin dövrdə İranın ölkə daxilində kimləri yerləşdirəcəyi və ya hansı addımı atacağı barədə qərar vermək səlahiyyəti özündə deyildi".

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər