Ermənistan SEÇMƏLİDİR: Ya qonşu olacaqlar, ya da...

Ermənistan SEÇMƏLİDİR: Ya qonşu olacaqlar, ya da...
12.09.2025 13:18

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Qaqik Melkonyan cəmiyyətin gündəmini silkələyən açıqlama ilə çıxış edib. 

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımaqdan imtina edərsə, bu, yeni müharibəyə gətirib çıxara bilər. 

"Qarabağ Azərbaycanın olmayacaq deyirdilər, amma..."

Deputat bütün dünyanın Qarabağın Azərbaycanın torpağı olduğunu qəbul etdiyini etiraf edib:

“Bütün dünya Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyır. İndi Ermənistan əksini desə, bu, müharibəyə gətirib çıxaracaq. Robert Köçəryan və Serj Sarkisyanın hərəsi 10 il prezident olub, Qarabağın müstəqilliyini tanımayıblar. Vitali Balasanyan isə deyirdi ki, Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq, amma Qarabağı Azərbaycana təhvil verməyi üstün tutdular". 

"Türk sənin düşmənindir" pıçıltısı

Melkonyan erməni cəmiyyətinin də sülh istədiyini bildirib:

"Unutmusunuz? 200 ildir bizə deyirlər ki, türklər bizim düşmənimizdir. Artıq qonşularımızla qonşu olmalıyıq, qisas almaq üçün kənardan adam gətirməməliyik. Azərbaycan da müharibəyə getməyə maraqlı deyil. Hamımız sülh istəyirik".

Məlumdur ki, ermənilərin kilsədən başlayan "türk düşmənçiliyi" zənciri müxtəlif illərdə Ermənistanın ayrı-ayrı ideoloqları, rəhbərləri tərəfindən davam etdirilib. Erməni kilsəsi türklərə qarşı düşmənçiliyin təbliğat mərkəzi olub. 

Hələ körpəlikdən bu ideologiya ilə yetişdirilən insanlar indi yetkin fərd olaraq cəmiyyətdə öz yerlərini tuturlar. Bu halda "qonşularımızla qonşu olmalıyıq" ifadəsi Ermənistan cəmiyyətində necə qəbul oluna bilər? 

"O ifadə yaddaşlardan silinməyib"

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əlimusa İbrahimov bildirib ki, bu gün Ermənistanda demək olar ki, hamı Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etməyə hazırdır və bu barədə hər kəs öz səviyyəsində alovlu bəyanatlar verir.


Amma unutmaq olmaz ki, Qaqik Melkonyanın üzvü olduğu partiyanın rəhbəri, Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndində səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” ifadəsi hələ də yaddaşlardan silinməyib.

"Çıxış yolları qalmayıb"

"Deməli, Ermənistanda Azərbaycan torpaqları ilə bağlı yeni baxışın ortaya çıxması məhz Azərbaycanın atdığı ciddi addımların nəticəsidir. Bu gün Ermənistan rəhbərliyi Azərbaycan torpaqlarının suverenliyini tam şəkildə tanıdıqları barədə ən yüksək tribunalardan bəyanatlar verir. Çünki buna məcburdurlar və başqa çıxış yolları qalmayıb. Azərbaycanın gücü, qüdrəti, hər gün artan nüfuzu erməniləri əvvəlki ekspansionist siyasətdən əl çəkməyə vadar edib", - deyə siyasətçi əlavə edib.

"Bu gücə sitayiş edəcəklər"

Ə.İbrahimov ifadə edib ki, erməni düşüncəsi sadəcə güc qarşısında tabe olmağa öyrənib. Onlar yalnız gücə itaət edir və boyun əyirlər. Məhz buna görə də bu gün İrəvandan gələn bəyanatların səmimiliyinə inanmaq asan deyil. 

Ekspertin qənaətincə, əsas məsələ bundan sonra da onları səmimi olmağa məcbur edən siyasətin davam etdirilməsidir:

"Yəni Azərbaycan hər zaman hərbi, iqtisadi və siyasi baxımdan öz qüdrətini artırmalıdır ki, ermənilər qarşılarında real gücün olduğunu dərk etsinlər. Ancaq ondan sonra bu gücə sitayiş edəcəklər".

Qiymət Mahir

TodayPress TV 

XƏBƏR LENTİ
31 IYUL 2026
150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Bütün Xəbərlər