Əbu-Dabi görüşü: Sülh PRAKTİKİ MƏRHƏLƏYƏ daxil olur – RƏY

Əbu-Dabi görüşü: Sülh PRAKTİKİ MƏRHƏLƏYƏ daxil olur – RƏY
04.02.2026 17:01

“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan görüş sülh prosesinin praktiki mərhələyə keçidini təmin edəcək”.

Milli Məclisin deputatı Azər Allahverənov bunu TodayPress TV-yə açıqlamasında deyib.


Onun sözlərinə görə, bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsinin aparılması iki dövlət arasında münasibətlərin normallaşdırılması üçün çox ciddi səylərin nümayiş etdirildiyini göstərir:

“Bunun nəticəsidir ki, Azərbaycan üzərindən Rusiya və Qazaxıstan taxılının Ermənistana çatdırılması, eləcə də Azərbaycanın neft məhsullarının Ermənistana ixracı artıq ticarət müstəvisində əlaqələrin qurulduğunu və bu əlaqələrin inkişafı üçün ciddi potensialın mövcud olduğunu göstərir. Lakin iki dövlət arasında münasibətlərin formalaşdırılması təkcə iqtisadi sahələrlə məhdudlaşmamalı, digər sahələrdə də mövcud imkanların dəyərləndirilməsi və bu əsasda onların reallaşdırılması üçün mühüm addımların atılması vacib hesab olunmalıdır”.

Parlamentari bildirib ki, Əbu-Dabidə keçirilən görüşdə diqqəti çəkən əsas məqam bilavasitə etimad quruculuğu məsələsidir:

“Avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalardan sonra Prezident İlham Əliyev media nümayəndələrinə verdiyi müsahibə zamanı xüsusilə qeyd etmişdi ki, Ermənistan üçün etimad məsələsi olduqca vacibdir və Paşinyan öz ölkəsində bunu təmin edəcək siyasət həyata keçirməlidir. Bunun üçün təkcə Azərbaycan üzərindən yüklərin daşınması və ya Azərbaycana aid neft məhsullarının Ermənistana ixracı kifayət etmir. Paşinyan bununla paralel olaraq ölkəsinin hüdudları daxilində də konkret addımlar atmalıdır. Bu məsələlərlə yanaşı, iki ölkənin vətəndaş cəmiyyətləri arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı səfərlərin təşkili və bu kimi fəaliyyətlərin miqyasının genişləndirilməsi də etimad quruculuğuna müsbət təsir göstərəcək amillər sırasındadır”.

Millət vəkili düşünür ki, Ermənistanda da bəzi praqmatik qüvvələr bu nəticələri düzgün dəyərləndirərək öz cəmiyyətinə müsbət mesajlar ötürürlər:


“Nəzərə alsaq ki, iyun ayında Ermənistanda parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur, bu amil sülh quruculuğu prosesində və qonşularla mehriban qonşuluq prinsipinə uyğun siyasətin formalaşdırılmasında Paşinyanın partiyasının parlament seçkilərində qalib gəlməsi üçün də mühüm faktor kimi qiymətləndirilə bilər. Bu baxımdan düşünürəm ki, Nikol Paşinyan əldə olunan nəticələrin erməni cəmiyyətində geniş şəkildə təbliğini aparmaqla yanaşı, revanşist və anti-Azərbaycan mövqeyi sərgiləyən qüvvələrə qarşı qətiyyətli siyasət yürüdəcək və eyni zamanda gələcəyə hesablanmış praqmatik siyasi kursun formalaşdırılmasına nail olacaq. Bu müsbət mesajlarla zəngin xəbər axını erməni cəmiyyətinin özündə də anti-Azərbaycan hisslərinin zəifləməsinə və gələcəkdə əldə olunan istiqamətlər üzrə imkanların daha da genişləndirilməsi üçün əlverişli zəminin yaranmasına şərait yaradacaq. Mümkün maneələr aşılaraq, xüsusilə Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra sülh müqaviləsinin bağlanması üçün uyğun mühit formalaşdırıla bilər”.  

A.Allahverənov vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin artıq geri dönməz və praktiki mərhələyə keçidi istiqamətində ciddi işlər görülməkdədir. 

Onun sözlərinə görə, gələcəkdə TRIPP layihəsinin işə salınması da bu istiqamətdə əldə olunan uğurların möhkəmləndirilməsinə xidmət edən mühüm amil kimi dəyərləndirilməlidir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər