Dünya bu SİQNALI gözləyir: İran bir neçə günə nə edəcək?

Dünya bu SİQNALI gözləyir: İran bir neçə günə nə edəcək?
22.04.2026 13:11

ABŞ Prezidenti Donald Tramp Pakistanın təklifi ilə atəşkəs müddətini uzadıb. Bu vəziyyətə kənardan baxanda ortaya çıxan mənzərə bir az fərqlidir. Görünən odur ki, formal açıqlamalarla real proseslər üst-üstə düşmür. 

Atəşkəs kağız üzərində bitib, amma eyni vaxtda Donald Tramp onu uzadır. Bu, klassik razılaşma deyil. Daha çox “dayan, amma hazır ol” tipli bir vəziyyətdir. Yəni tərəflər geri çəkilməyib, sadəcə temp aşağı salınıb.

Burda İranın susması xüsusilə diqqət çəkir. Adətən belə hallarda ya açıq rədd olur, ya da şərtlərlə razılıq. Burada isə heç nə yoxdur. Bu da onu göstərir ki, qərar hələ yekunlaşmayıb və ya yuxarıdan siqnal gözlənilir. Böyük ehtimalla son söz Müctəba Xamenei  kimi fiqurların mövqeyindən asılıdır. 

Daxildə isə ritorika tam fərqlidir. Qalibafın sərt çıxışı, mitinqlər, raketlərin nümayişi – bunlar daha çox daxili auditoriyaya mesajdır. Yəni hökumət zəif görünmək istəmir. Bu tip addımlar adətən real qərarsızlıq olanda daha çox olur.

ABŞ tərəfi isə paralel olaraq informasiya xəttini işləyir. Ağ Ev tərəfindən “məqsədlərə nail olundu” açıqlaması faktiki vəziyyətdən çox mövqe formalaşdırmaq üçündür. Çünki eyni vaxtda blokada qalır və hərbi hazırlıq saxlanılır. Əgər hər şey bitmişdisə, bu qədər hazırlığa ehtiyac olmazdı. 

Ərbilə edilən zərbə də göstərir ki, proses tək bir xətt üzrə getmir. İran birbaşa toqquşmadan qaçaraq yan istiqamətlərdə təzyiq yaradır. Bu, riski yaymaq üçündür – bir nöqtədə partlamasın deyə, bir neçə yerdə gərginlik saxlayır.  

Ən həssas məsələ isə Hörmüz  ətrafıdır. Orada hər hansı real gərginlik artıq təkcə region məsələsi deyil, birbaşa enerji bazarına təsir edir. Ona görə də ora ilə bağlı istənilən siqnal ciddi qəbul olunur. 

ABŞ daxilinə gəlsək, burda  da vəziyyət tam stabil deyil. Tulsi Gabbard ətrafındakı hadisələr göstərir ki, mövzu artıq daxili siyasətə qarışıb. Bu da qərarların daha sərt və bəzən daha riskli ola biləcəyini göstərir. 

Tərəflər hələ müharibəyə keçmək istəmir, amma geri də çəkilmir. Hamı mövqeyini gücləndirir və qarşı tərəfin axsamasını gözləyir. Bəs İran yaxın günlərdə nə edəcək?  Oradan gələcək siqnal bütün dinamikanı dəyişə bilər.

Jalə Rövşən

XƏBƏR LENTİ
17 IYUN 2026
Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 Bütün Xəbərlər